2014 FİFA Dünya Kuboku

XX Dünya Kuboku
(Futbol üzrə dünya çempionatı 2014 səhifəsindən istiqamətləndirilmişdir)

2014 FİFA Dünya Kuboku (ing. 2014 FIFA World Cup) — 2014-cü ildə Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə Braziliyanın ev sahibliyi etməsi FİFA tərəfindən təsdiq edilmişdir.[1] Bu, Braziliyada 1950-ci ildə keçirilmiş Dünya kuboku yarışmasından sonra sayca ikinci, 1978-ci ildən sonra isə Cənubi Amerikada təşkil edilmiş ilk mundial olmuşdur.

2014 FİFA Dünya Kuboku
Yarış məlumatları
Ev sahibiBraziliya Braziliya
Tarix2014
Başlama tarixi12 iyun 2014
Bitmə tarixi13 iyul 2014
Komanda sayı32
Stadion sayı12 (12 ev sahibi şəhərdə)
Yekun nəticəsi
ÇempionAlmaniya milli futbol komandası
Çempion Almaniya
Gümüş medalçı Argentina
Bürünc medalçı Niderland
Dördüncü yer Braziliya
Yarış statistikası
Oyun sayı64
Qol sayı171 (matç başına: 2.67)
Tamaşaçı sayı3429873 matç başına: 53592
Mükafat sahibləri
Bombardir(lər)Kolumbiya Xames Rodriqes
(6 qol)
Ən yaxşı oyunçuArgentina Lionel Messi
Ən yaxşı gənc oyunçuFransa Pol Poqba
Ən yaxşı qapıçıAlmaniya Manuel Noyer
Fair Play mükafatı Kolumbiya
2010
2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizəyə qoşulmuşdular. 20 noyabr 2013-cü ildə isə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Ev sahibi ölkə ilə yanaşı 1930-cu ildə keçirilən ilk Dünya Kubokundan bəri Dünya çempionu titulunu qazanmış bütün ölkələr (Uruqvay, İtaliya, Almaniya, İngiltərə, Argentina, Fransaİspaniya) turnirdə mübarizə etmə hüququ qazanmışdılar.

Dünya Kubokunun tarixində ilk dəfə "goal-line" texnologiyası tətbiq olunmuşdur. Həmin texnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir.[2]

Final görüşü Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Marakana stadionunda keçirilmişdir. Həmin oyunda Almaniya millisi əlavə vaxtda Mario Götzenin vurduğu yeganə qol sayəsində Argentina millisini məğlub edərək, tarixində dördüncü dəfə dünya çempionatının qalibi titulunu qazandı.

Bir oyunda vurulmuş qolların sayına görə, çempionatın ən böyük nəticəsi yarımfinal mərhələsində keçirilmiş Braziliya — Almaniya oyununda qeydə alınmışdır. Həmin qarşılaşmada Almaniya Braziliyanı 7 : 1 hesabı ilə məğlub edərək, tarixdə ən böyuk hesablı qələbərdən birinə nail olmuşdur. Ev sahibinin əvvəlcədən bu turnirdə uğurla çıxış edərək, çempionatın favoritlər sırasına daxil olmasına baxmayaraq,[3][4][5][6] Braziliya yığma komandasının baş məşqçısi Luis Felipe Skolari istefa üçün müraciət etmış və bu istefa Braziliya — Niderland oyunundan sonra qəbul edilmişdir.[7]

İlkin hazırlıq

Turnirin təşkilatçısı

FİFA prezidenti Yozef Blatter çempionatın ev sahibini elan edir

Dünya Çempionatının keçiriləcəyi ölkənin şeçilməsində kontinentlərin rotasiya prinsipi nəzərə alındığına görə, 2014-cü ildə futbol üzrə Dünya Kuboku Cənubi Amerikada keçirilməli idi. Braziliya isə yeganə favorit namizəd idi. 2003-cü ildə Cənubi Amerikanın digər ölkələri Braziliyanın namizədliyini dəstəkləməyə razılıq verdilər. Buna baxmayaraq, Dünya çempionatının keçirilməsinə Braziliya ilə yanaşı bir neçə dövlət iddialı idi. Belə ki, çempionatın keçirilməsi üçün Kolumbiya da öz iddiasını irəli sürmüşdü, lakin 1986-cı ildə dünya çempionatının keçirilməsi məqsədilə Kolumbiyanın üzərinə düşən öhtəlikləri yerinə yetirməməsini nəzərə alaraq, onun namizədliyi "qeyri ciddi" kimi qəbul edilmişdi. Bu səbəbdən 1986-cı ildə turnir ikinci dəfə Meksikada müvəffəqiyyətlə keçirilmişdir.

2003-cü ilin mart ayında FIFA bəyan etmişdir ki, 1978-ci ildən sonra turnir ilk dəfə Cənubi Amerikada keçiriləcək.[8] Həmin il 3 iyun tarixində CONMEBOL Argentina, Braziliya və Kolumbiya 2014-cü ilin Dünya Kubokuna sahiblik etmək üçün öz ərizələrini təqdim edəcəklərini bildirmişlər.[9] Braziliya öz ərizəsini rəsmən 2006-cı ilin dekabr ayında təqdim etmişdir. 11 aprel 2007-ci ildə keçirilmiş səsvermənin nəticəsinə görə, Braziliya çempionatda ev sahibliyi etmək hüququnu qazandı.[10] Beləliklə, Meksika, İtaliya, FransaAlmaniyadan sonra Braziliya da ikinci dəfə Dünya Kubokuna ev sahibliyi etmişdir.

Rəsmi top

Adidas Brazuca topu
Əsas məqalə: Adidas Brazuca

2014-cü ilin Dünya çempionatın rəsmi topun adını təyin etmək məqsədi ilə, Adidas şirkəti tərəfindən tarixdə ilk dəfə olaraq internet vasitəsilə GloboEspote.com saytında səsvermə prosesi keçirilmişdir.[11] Səsvermədə topun adı məhz azarkeşlərin sayəsində şeçilmişdir. 2012-ci ilin 2 sentyabr tarixində FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, səsvermənin nəticəsinə görə, Dünya Çempionatının rəsmi topu olaraq Adidas şirkətinin Brazuca adlı topu seçilmişdir.[12]

4 dekabr 2013-cü ildə isə Brazuca Rio de Janeyro şəhərində rəsmi olaraq təqdim edilmişdir.[13] FİFA-nın məlumatına görə, Brazuca braziliyalıların milli fəxrini, onların həyat tərzini, emosiyalarını, habelə insanlara xeyrixahlıqını təsvir edir.[14]

Rəmzlər

Klaudiya Leytte, PitbullCennifer Lopes açılış mərasimində "We are one(Ole Ola)" mahnısını ifadə edirlər

Emblem

2010-cu ilin Dünya Çempionatı ərzində Yohannesburq şəhərində keçirilən mərasimdə turnirin rəsmi emblemi təqdim edilmişdi. Emblemin seçilməsi üzrə komitəyə memar Oskar Nimeyer, tərtibatçı Hans Donner, modelçi Jizel Bündhen, yazıçı Paulo Koelyo, müğənni İveti Sanqalu, 2014-cü ilin Dünya Çempionatı təşkilat komitəsinin sədri Rikardo Teyşeyra və FİFA-nın baş katib Jerom Valk daxil idilər. Komitə üzvləri tərəfindən seçilmiş emblem "Ruhlanma" (port. Inspiração) adını daşıyır. Həmin emblem Braziliyanın "Afrika" agentliyi tərəfindən tətbiq edilib.[15]

Talisman

Talismanın seçimi FİFA-nın qərarı ilə 2012-ci ilin mart ayında keçirilmişdir. Qalib uğrunda Arara, Saci, Fuleco Yaquar və Armadilo mübarizəyə qoşulmuşdur. 16 sentyabr 2012-ci ildə turnirin rəsmi talismanı ictimaiyyətə təqdim edilmiş və müsabiqənin nəticələrinə görə, qalibiyyət Fuleko adını daşıyan armadil tərəfindən əldə olunmuşdur.[16] Onun visual siması Braziliya bayrağına daxil olan rənglərdən (göy, yaşıl və sarı) ibarət olan üç diapasonları, ağ rəngli koynəyi və yaşıl rəngli şortiki ifadə edir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinə müvafiq olaraq, armadillərin Braziliyada məhv olma təhlükəsi var. Buna görə də FİFA-nın təşkilat komitəsi, heyvanların və ətraf mühitin qayğısına qalaraq, talisman qismində məhz bu heyvanı seçmişdir.[17]

Talismanin prezentasiya zamanı FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, üç diapasonlardan ibarət olan armadil talisman kimi çox mükəmməldir. Onun sözlərinə görə, çempionatın əsas məqsədlərdən biri ətraf mühitin və ekologiyanın qorunması məsələlərində diqqət ayırılmasında olmasıdır.

Hamı tutuquşa ümid edirdi, amma armadil ondan daha vacibdir. O sadəcə talisman kimi yox, irsini və təbiətin qorunmasını ifadə edir.[18]
Jerom Valk

Rəmsi mahnı

23 yanvar 2013-cü ildə FİFA və Sony Music tərəfindən turnirin rəsmi mahnısı təqdim edildi. Bu mahnı amerikalı musiqiçi Pitbull, braziliyalı Klaudiya Leytte və pop-estrada müğənnisi Cennifer Lopesin ifa etdiyi "We are one(Ole Ola)" kompozisiyası oldu.[19]

Seçmə mərhələsi

Dünya Çempionatının seçmə mərhələsi 15 iyun 2011-ci il 20 noyabr 2013-cü ilə qədər keçirilmişdir. 2011-ci ilin 3 mart tarixində FİFA final mərhələsində regional konfederasiyalar üzrə yerləri bölüşdürmüşdür. Bölüşdürmə əvvəlki iki dünya çempionatdaki kimi qalmışdır. Həmin yerlərdən biri ev sahibi, 29 final mərhələsində təmin olumnuş yerlər konfederasiyalar, daha 2 yerlər isə kontinental pley-off mərhələsinin qalibləri arasında bölüşdürülmüşdür. İştirakçı cütliklərin tərkibi 29 iyul 2011-ci ildə keçirilmiş püşk atma mərasimində müəyyən olunmuşdur.

Turnirin iştirakçıları

Milli komandalar

Vəsiqə qazanmış ölkələr
Final mərhələsinə addımlamayan ölkələr
Ərizəni təqdim etməyən ölkələr
FİFA üzvü deyil

Final mərhələsində turnirin ev sahibi Braziliya ilə birlikdə 32 komanda iştirak edib. İştirakçılar seçmə mərhələləri çərçivəsində final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdılar (bundan başqa iki iştirakçı kontinentlərarası pley-off məhlələlərində oynayıblar). Onların arasında vaxtıilə çempion titulunu qazanmış bütün 8 komanda iştirak edib. Bosniya və Herseqovina dünya çempionatlarının final mərhələsində debut edən yeganə ölkə idi.

Heyətlər

Rəsmi ərizəni təqdim etməkdən əvvəl, 13 may 2014-cü ilə qədər milli komandalar 30 oyunçudan ibarət olan ilkin heyətləri açıqlamalı idilər. Sonuncu təqdim edilmiş ərizəyə əsasən, hər milli komandanın heyətinə 3 qapıçı ilə birlildə 23 oyunçu qatılmalı idi. Ərizə 2 iyun 2014-cü ilə qədər təqdim edilməlii idi.[20]

KonfederasiyaYığmaTəsnifat mərhələsindəFifa Dünya Kubokuna çıxış tarixiFinal mərhələsində iştirak edibDalbadalAxirinci dəfə iştirak edibƏn yaxşı nailiyyətFIFA reytinqində (turnir başlayan zamanı)
CONMEBOL  BraziliyaTəşkilatçı30 oktyabr 200720202010Çempion (1958, 1962, 1970, 1994, 2002)3
 ArgentinaCənubi Amerika, 1-ci yer10 sentyabr 201316112010Çempion (1978, 1986)5
 KolumbiyaCənubi Amerika, 2-ci yer11 oktyabr 20135119981/8 final (1990)8
 ÇiliCənubi Amerika, 3-cü yer15 oktyabr 20139220103-cü yer (1962)14
 EkvadorCənubi Amerika, 4-cü yer15 oktyabr 20133120061/8 final (2006)26
 UruqvayCənubi Amerika, pley-off mərhələsi20 noyabr 20131222010Çempion (1930, 1950)7
AFC  İranАsiya, A qrupu, 1-ci yer18 iyun 2013412006Qrup mərhələsi (1978, 1998, 2006)43
 Cənubi KoreyaАsiya, A qrupu, 2-ci yer18 iyun 20139820104-cü yer (2002)57
 YaponiyaАsiya, B qrupu, 1-ci yer4 iyun 20135520101/8 final (2002, 2010)46
 AvstraliyaАsiya, B qrupu, 2-ci yer18 iyun 20134320101/8 final (2006)62
CAF  Kot-d'İvuarAfrika, pley-off mərhələsi16 noyabr 2013332010Qrup mərhələsi (2006, 2010)23
 NigeriyaAfrika, pley-off mərhələsi16 noyabr 20135220101/8 final (1994, 1998)44
 KamerunAfrika, pley-off mərhələsi17 noyabr 20137220101/4 final (1990)56
 QanaAfrika, pley-off mərhələsi19 noyabr 20133320101/4 final (2010)37
 ƏlcəzairAfrika, pley-off mərhələsi19 noyabr 2013422010Qrup mərhələsi (1982, 1986, 2010)22
CONCACAF  ABŞŞimali Amerika, 1-ci yer10 sentyabr 201310720103-cü yer (1930)13
 Kosta-RikaŞimali Amerika, 2-ci yer10 sentyabr 20134120061/8 final (1990)28
 HondurasŞimali Amerika, 3-cü yer15 oktyabr 2013322010Qrup mərhələsi (1982, 2010)33
 MeksikaŞimali Amerika, pley-off mərhələsi20 noyabr 201315620101/4 final (1970, 1986)20
UEFA  BelçikaAvropa, A qrupu, 1-ci yer10 sentyabr 201312120024-cü yer (1986)11
 İtaliyaAvropa, D qrupu, 1-ci yer10 sentyabr 201318142010Çempion (1934, 1938, 1982, 2006)9
 AlmaniyaAvropa, C qrupu, 1-ci yer11 oktyabr 201318162010Çempion (1954, 1974, 1990)2
 NiderlandAvropa, D qrupu, 1-ci yer10 sentyabr 201310320102-ci yer (1974, 1978, 2010)15
  İsveçrəAvropa, E qrupu, 1-ci yer11 oktyabr 201310320101/4 final (1934, 1938, 1954)6
 RusiyaAvropa, F qrupu, 1-ci yer15 oktyabr 2013312002Qrup mərhələsi (1994, 2002)19
 Bosniya və HerseqovinaAvropa, G qrupu, 1-ci yer15 oktyabr 20131121
 İngiltərəAvropa, H qrupu, 1-ci yer15 oktyabr 20131452010Çempion (1966)10
 İspaniyaAvropa, I qrupu, 1-ci yer15 oktyabr 201314102010Çempion (2010)1
 PortuqaliyaAvropa, pley-off mərhələsi19 noyabr 20136420103-cü yer (1966)4
 FransaAvropa, pley-off mərhələsi19 noyabr 20131452010Çempion (1998)17
 YunanıstanAvropa, pley-off mərhələsi19 noyabr 2013322010Qrup mərhələsi (1994, 2010)12
 XorvatiyaAvropa, pley-off mərhələsi19 noyabr 20134120063-cü yer (1998)18

Hakimlər

2013-cü ilin mart ayında FIFA futbol konfederasiyalardan olan 52 potensial hakimlərin və onların köməkçiləri adlarından ibarət olan siyahını dərc etdirmişdi[21]. Yekun siyahı 14 yanvar 2014-cü ildə dərc edilmişdi[22].

KonfederasiyaBaş hakimlərYan xətt hakimləriKöməkçilər
AFC Ravşan İmratov Abdulhamidullo Rasulov Bahadyr Kochkarov Əlirza Faqhani
Həsən Kamranifar
Yuiti Nisimura Toru Saqara Toşiyuki Naqara
Abdulla Şukrulla Yaser Tulafat Ebrahim Saleh
Benjamin Uilymas Matteu Kream Hakan Anaz
CAF Numandez Due Songuifolo Yeo Jan-Klod Birumuşahu Nenat Alioum
Cibril Kamara
Aden Marva
Daniel Bennett
Bakari Papa Qassana Evarist Mankouande Felicien Kabanda
Camel Aymudi Abelhalk Redouane Achik
CONCACAF Xoel Antonio Aqilyar Çikas Villiam Torres Juan Xuymba Roberto Moreno
Erik Boria
Valter Lopez
Leonel Leal
Mark Qeyqer Mark Hurd Joe Fletçer
Marko Antonio Rodriges Moreno Marvin Terrentera Markos Quintero
CONMEBOL Nestor Pitana Hernan Maldana Juan Pablo Belatti Viktor Hüqo Karrilo
Rodney Aquino
Sandro Meyra Rissi Emerson de Karvalyo Marselo Van Qasse
Enrike Osses Karlos Astroza Serjio Roman
Vilmar Roldan Humberto Klavijo Eduardo Diaz
Karlos Vera Kristian Leskano Byron Romero
OFC Piter О’Liri Jan Hendrik Hintz Mark Rule Norbert Hauata
UEFA Feliks Brix Stefan Lupp Mark Borş Svein Oddvar Moen
Kim Haqlund
Cüneyt Çakır Bahattin Duran Tarik Ongün
Yunas Eriksson Matias Klasenius Daniel Vernmark
Born Kuypers Sander van Roekel Ervin Zeinstra
Milorad Majiç Milovan Ristiç Dalibor Curceviç
Pedru Proensa Bertino Miranda Tiaqo Triqo
Nikola Ritsoli Renato Faverani Andrea Stefani
Karlos Velasko Karbalyo Roberto Alonso Fernandes Juan Karlos Yuste Jimenez
Hovard Uebb Mike Mullarkey Darren Kann

Stadionlar

31 may 2009-cu ildə dünya çempionatın final mərhələsinin oyunları üçün 12 stadion seçilmişdi.[23] 16 iyun 2010-cu ildə FIFA bəyan etmişdir ki, San Paulo şəhərinin hakimiyyəti təyinolunmuş müddətə maliyyə zəmanətlərini təmin etməyib; ona görə də "Morumbi" stadionu siyahıdan çıxarılıb. Buna baxmayaraq, danışıqlar San Pauluda davam etdirilmişdir. Bir müddət öncə Braziliya Futbol Federasiyası bəyan edib ki, San Paulu şəhərində "Korintias" futbol klubu üçün və xüsüsi ilə dünya kuboku turnirin qarşılaşmalarını üçün yeni stadion inşa ediləcək.[24]

Rio de JaneyroBraziliaSan PauloFortaleza
MarakanaNational ArenaKorintians ArenaKastelao Arena
Tutumu: 74 738
(Böyüdüldü)
Tutumu: 69 349
(Yeni stadion)
Tutumu: 62 601
(Yeni stadion)
İnşa irəliləməsi: 94%[25]
Tutumu: 60 342
(Böyüdüldü)
Belo Horizonte Porto Alegre
The Mineyrao stadionuBeyra-Rio
Tutumu: 58 170
(Böyüdüldü)
Tutumu: 43 394
(Böyüdüldü)
SalvadorRekife
Fonte Nova ArenaPernambuko Arena
Tutumu: 51 900
(Yeni stadion)
Tutumu: 42 610
(Yeni stadion)
KuyabaManausNatalKuritaba
Pantanal ArenaAmazonia ArenaDunas ArenaBayksada Arena
Tutumu: 41 112
(Yeni stadion)
Tutumu: 40 549
(Yeni stadion)
Tutumu: 39 971
(Yeni stadion)
Tutumu: 39 631
(Böyüdüldü)
İnşa irəliləməsi: 85%[25]

Final Mərhələsi

Püşk atma

Püşk atma mərasimi

Püşk atma mərasimi 6 dekabr 2013-cü ildə yerli vaxt ilə saat 13:00-da Braziliyanın Mara-di-San-Juan şəhərində keçirilmişdir.[26] Mərasim CAR prezidenti Nelson Mandelanın xatirəsi və onun barəsində qısa videomaterial və fotoşəkillər ilə başlanmışdir.[27] Mərasimdə çıxış etmiş Braziliya prezidenti Dilma Rusef öz çixışında braziliya futbolunun ənənələri qeyd etdi. O bildirmişdir ki, Braziliya bütün Dünya çempionatlarında iştikar etmiş və 5 titulu qazanmış yeganə ölkədir:

Bu, kuboklar kubokludur. Tamaşaçıların multimədəniyyətli Braziliya ölkəsinin səfət etməyinə şərait olacaq. Bu, cox möhtəşəm Dünya kuboku olacaqdır. Bizim ölkəmizdə kifayət qədər ulduz oyunçularımız vardır. Optimizm üçün mənim kifayət qədər səbəblərim var.[28]
Dilma Rusef

32 ölkənin milli komandalanın adı olan şarlar 4 səbətdə yerləşdirilmişdi. Birinci səbətə ev sahibi Braziliya ilə yanaşı 2013-cü ilin oktyabr ayı üçün FİFA reytinqinə daxil olan 7 ən yaxşı komandalar müəyyən edilmişdir — İspaniya (1), Almaniya (2), Argentina (3), Kolumbiya (4), Belçika (5), Uruqvay (6) və İsveçrə (7).[29] Qalan ölkələr o biri səbətlərə coğrafi və idman kriteriyalarına uyğun olaraq yerləşdirilmişlər: ikinci səbətə Asiya və Şimali Amerika ölkələri, üçüncü səbətə — Afrika və Cənubi Amerika ölkələri, dördüncü səbətə isə Avropa ölkələri yerləşdirilmişdir.

1-ci səbət2-ci səbət3-cü səbət4-cü səbət
Təşkilatçı & FIFA reytingində ən yaxşı 7 komandaŞimali Amerika & Asiya & OkeaniyaAfrika & Cənubi AmerikaAvropa

Püşk atmanın nəticələri

A qrupuB qrupuC qrupuD qrupu
 Braziliya
 Xorvatiya
 Meksika
 Kamerun
 İspaniya
 Niderland
 Çili
 Avstraliya
 Kolumbiya
 Yunanıstan
 Kot-d'İvuar
 Yaponiya
 Uruqvay
 Kosta-Rika
 İngiltərə
 İtaliya
E qrupuF qrupuG qrupuH qrupu
  İsveçrə
 Ekvador
 Fransa
 Honduras
 Argentina
 Bosniya və Herseqovina
 İran
 Nigeriya
 Almaniya
 Portuqaliya
 Qana
 ABŞ
 Belçika
 Əlcəzair
 Rusiya
 Cənubi Koreya

Qrup mərhələsi

İşarə edilmiş rənglər
1/8 final oyunlarina adlayan ölkələr
Növbəti mərhələyə addımlamayan ölkələr

Xal Sistemi

Komandalara qrup mərhələsindəki hər qələbəyə görə 3 xal, heç-heçə nəticəsinə 1 xal, məğlubiyyətə görə isə 0 xal verilir.

Qup mərhələsi iyunun 12-dən 26-na gədər Braziliyada baş tutmuşdur: qrupun hər komandası 3 oyun keçirmişdir. Qrup mərhələsi qol və heç-heçə oyunların çatışmazlığı ilə diqqətəlayiq idi. İlk heç-heçə oyunu məhz sayca 13-cü qarşılaşmada (İran və Nigeriya arasında) qeyd olunub. Mərhələdə vurulmuş qolların sayı 136-ya bərabərdir (2.83 qol oyun başına). Hazırkı Dünya Çempionatı kubokun sahibi İspaniya millsi 2 dalbadal qarşılaşmalardan sonra mərhədən kənarlaşdırılmışdır.

A qrupu

Braziliya — Xorvatiya qarşılaşması
KomandaOQHMVQBQQFXal
 Braziliya321072+57
 Meksika321041+37
 Xorvatiya31026603
 Kamerun300319−80
13 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Braziliya  3 : 1 (1 : 1)
Ətraflı
 Xorvatiya
Neymar  29'71' (pen.)
Oskar  90+1'
QollarMarselo  11' (avt.)
Korintians Arena, San Paulo
Tamaşaçı: 62 103
Hakim: Yuiti Nisimura

13 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Meksika  1 : 0 (0 : 0)
Ətraflı
 Kamerun
Peralta  61'Qollar
Dunas Arena, Natal
Tamaşaçı: 39 216
Hakim: Vilmar Roldan

18 iyun 2014
21:00 UTC+5
16:00 UTC-3
Braziliya  0 : 0
Ətraflı
 Meksika
Kastelao Arena, Fortaleza
Tamaşaçı: 60 342
Hakim: Cüneyt Çakır

19 iyun 2014
03:00 UTC+5
18:00 UTC-4
Kamerun  0 : 4 (0 : 1)
Ətraflı
 Xorvatiya
QollarOliç  11'
Perişiç  48'
Mandzukiç  61'73'
Amazonia Arena, Manaus
Tamaşaçı: 39 982
Hakim: Pedru Proenza

24 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Kamerun  1 : 4 (1 : 2)
Ətraflı
 Braziliya
Matip  26'QollarNeymar  17'35'
Fred  50'
Fernandinyo  84'
National Arena, Brazilia
Tamaşaçı: 69 112
Hakim: Yunas Eriksson

24 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Xorvatiya  1 : 3 (0 : 0)
Ətraflı
 Meksika
Perişiç  87'QollarMarkes  72'
Quardado  75'
Hernandes  82'
Pernambuko Arena, Rekife
Tamaşaçı: 41 212
Hakim: Ravşan İrmatov

B qrupu

KomandaOQHMVQBQQFXal
 Niderland3300103+79
 Çili320153+26
 İspaniya310247-33
 Avstraliya300339−60
14 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
İspaniya  1 : 5 (1 : 1)
Ətraflı
 Niderland
X.Alonso  27' (pen.)QollarVan Persi  44'72'
Robben  53'80'
De Vriy  65'
Fonte Nova Arena, Salvador
Tamaşaçı: 48 173
Hakim: Nikola Ritsoli

14 iyun 2014
03:00 UTC+5
18:00 UTC-4
Çili  3 : 1 (2 : 1)
Ətraflı
 Avstraliya
Sançes  12'
Valdiviya  14'
Bosejur  90+2'
QollarKehill  36'
Pantanal Arena, Kuyaba
Tamaşaçı: 40 275
Hakim: Numandez Due

18 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Avstraliya  2 : 3 (1 : 1)
Ətraflı
 Niderland
Kehill  21'
Yedinak  54' (pen.)
QollarRobben  20'
Van Persi  58'
Depay  68'
Beyra-Rio stadionu, Porto Alegre
Tamaşaçı: 42 877
Hakim: Camel Aymudi

19 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
İspaniya  0 : 2 (0 : 2)
Ətraflı
 Çili
QollarVarqas  20'
Aranqis  44'
Marakana, Rio de Janeyro
Tamaşaçı: 74 101
Hakim: Mark Qeyqer

23 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Avstraliya  0 : 3 (0 : 1)
Ətraflı
 İspaniya
QollarVilya  36'
Torres  69'
Mata  82'
Bayksada Arena, Koritiba
Tamaşaçı: 39 375
Hakim: Abdulla Şukrulla

23 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Niderland  2 : 0 (0 : 0)
Ətraflı
 Çili
Fer  77'
Depay  90+2'
Qollar
Korintians Arena, San Paulo
Tamaşaçı: 62 996
Hakim: Bakari Papa Qassana

C qrupu

Kolumbiya — Kot-d'İvuar qarşılaşması
KomandaOQHMVQBQQFXal
 Kolumbiya330092+79
 Yunanıstan311124-24
 Kot-d'İvuar310245-13
 Yaponiya301226−41
14 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Kolumbiya  3 : 0 (1 : 0)
Ətraflı
 Yunanıstan
Armero  5'
Quterres  58'
Rodriqes  90+3'
Qollar
The Mineyrao stadionu, Belo Horizonte
Tamaşaçı: 57 174
Hakim: Mark Qeyqer

15 iyun 2014
06:00 UTC+5
22:00 UTC-3
Kot-d'İvuar  2 : 1 (0 : 1)
Ətraflı
 Yaponiya
Boni  64'
Jervinyo  66'
QollarHonda  16'
Pernambuko Arena, Rekife
Tamaşaçı: 40 267
Hakim: Enrike Osses

19 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Kolumbiya  2 : 1 (0 : 0)
Ətraflı
 Kot-d'İvuar
Rodriqes  64'
Kintero  70'
QollarJervinyo  73'
National Arena, Brazilia
Tamaşaçı: 68 748
Hakim: Hovard Uebb

20 iyun 2014
03:00 UTC+5
19:00 UTC-3
Yaponiya  0 : 0
Ətraflı
 Yunanıstan
Dunas Arena, Natal
Tamaşaçı: 39 485
Hakim: Xoel Antonio Aqilyar

25 iyun 2014
01:00 UTC+5
16:00 UTC-4
Yaponiya  1 : 4 (1 : 1)
Ətraflı
 Kolumbiya
Okazaki  45+1'QollarKuadrado  17' (pen.)
Martinoes  55'82'
Rodriqes  89'
Pantanal Arena, Kuyaba
Tamaşaçı: 40 340
Hakim: Pedru Proenza

25 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Yunanıstan  2 : 1 (1 : 0)
Ətraflı
 Kot-d'İvuar
Samaris  42'
Samaras  90+3'
QollarBoni  74'
Kastelao Arena, Fortaleza
Tamaşaçı: 59 095
Hakim: Karlos Vera

D qrupu

Uruqvay — Kosta-Rika qarşılaşması
KomandaOQHMVQBQQFXal
 Kosta-Rika321041+37
 Uruqvay32014406
 İtaliya310223-13
 İngiltərə301224−21
15 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
Uruqvay  1 : 3 (1 : 0)
Ətraflı
 Kosta-Rika
Kavani  24' (pen.)QollarKembl  54'
Duarte  57'
Urena  84'
Kastelao Arena, Fortaleza
Tamaşaçı: 58 679
Hakim: Feliks Brix

15 iyun 2014
03:00 UTC+5
18:00 UTC-4
İngiltərə  1 : 2 (1 : 1)
Ətraflı
 İtaliya
Staric  37'QollarMarkisio  35'
Balotelli  50'
Amazonia Arena, Manaus
Tamaşaçı: 39 800
Hakim: Born Kuypers

20 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
Uruqvay  2 : 1 (1 : 0)
Ətraflı
 İngiltərə
Suares  39'85'QollarRuni  75'
Korintias Arena, San Paulo
Tamaşaçı: 62 575
Hakim: Karlos Velasko Karbalyo

20 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
İtaliya  0 : 1 (0 : 1)
Ətraflı
 Kosta-Rika
QollarRuiz  44'
Pernambuko Arena, Rekife
Tamaşaçı: 40 285
Hakim: Enrike Osses

24 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
İtaliya  0 : 1 (0 : 0)
Ətraflı
 Uruqvay
QollarQodin  81'
Dunas Arena, Natal
Tamaşaçı: 39 706
Hakim: Marko Antonio Rodriges Moreno

24 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Kosta-Rika  0 : 0
Ətraflı
 İngiltərə
The Mineyrao stadionu, Belo Horizonte
Tamaşaçı: 57 823
Hakim: Camel Aymudi

E qrupu

İsveçrə — Ekvador oyununda vurulmuş cərmə zərbəsi
KomandaOQHMVQBQQFXal
 Fransa321082+67
  İsveçrə320176+16
 Ekvador31113304
 Honduras300318−70
15 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
İsveçrə   2 : 1 (0 : 1)
Ətraflı
 Ekvador
Mehmedi  48'
Seferoviç  90+3'
QollarValensiya  22'
National Arena, Brazilia
Tamaşaçı: 68 351
Hakim: Ravşan İrmatov

16 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
Fransa  3 : 0 (1 : 0)
Ətraflı
 Honduras
Benzema  45' (pen.)72'
Valladares  48' (avt.)
Qollar
Beyra-Rio, Porto Alegre
Tamaşaçı: 43 012
Hakim: Sandro Meyra Rissi

21 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
İsveçrə   2 : 5 (0 : 3)
Ətraflı
 Fransa
Dzemaili  81'
Xaka  87'
QollarJiru  17'
Matyuidi  18'
Valbuena  40'
Benzema  67'
Sissoko  73'
Fonte Nova Arena, Salvador
Tamaşaçı: 51 003
Hakim: Born Kuypers

21 iyun 2014
03:00 UTC+5
19:00 UTC-3
Honduras  1 : 2 (1 : 1)
Ətraflı
 Ekvador
Kostli  31'QollarValensiya  34'65'
Bayksada Arena, Koritiba
Tamaşaçı: 39 224
Hakim: Benjamin Uilymas

26 iyun 2014
01:00 UTC+5
16:00 UTC-4
Honduras  0 : 3 (0 : 2)
Ətraflı
  İsveçrə
QollarŞaqiri  6'31'71'
Amazonia Arena, Manaus
Tamaşaçı: 40 322
Hakim: Nestor Pitana

26 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Ekvador  0 : 0
Ətraflı
 Fransa
Marakana, Rio de Janeyro
Tamaşaçı: 73 749
Hakim: Numandez Due

F qrupu

KomandaOQHMVQBQQFXal
 Argentina330063+39
 Nigeriya31113304
 Bosniya və Herseqovina31024403
 İran301214−31
16 iyun 2014
03:00 UTC+5
19:00 UTC-3
Argentina  2 : 1 (1 : 0)
Ətraflı
 Bosniya və Herseqovina
Kolaşinaç  3' (avt.)
Messi  65'
Qollarİbişeviç  84'
Marakana, Rio de Janeyro
Tamaşaçı: 74 689
Hakim: Xoel Antonio Aqilyar

17 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
İran  0 : 0
Ətraflı
 Nigeriya
Bayksada Arena, Koritaba
Tamaşaçı: 38 533
Hakim: Karlos Vera

21 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Argentina  1 : 0 (0 : 0)
Ətraflı
 İran
Messi  90+1'Qollar
The Mineyrao stadionu, Belo Horizonte
Tamaşaçı: 57 698
Hakim: Milorad Majiç

22 iyun 2014
03:00 UTC+5
18:00 UTC-4
Nigeriya  1 : 0 (1 : 0)
Ətraflı
 Bosniya və Herseqovina
Odemvinqie  29'Qollar
Pantanal Arena, Kuyaba
Tamaşaçı: 40 499
Hakim: Piter О’Liri

25 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Nigeriya  2 : 3 (1 : 1)
Ətraflı
 Argentina
Musa  4'47'QollarMessi  3'45+1'
Roxo  50'
Beyra-Rio stadionu, Porto Alegre
Tamaşaçı: 43 285
Hakim: Nikola Ritsoli

25 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Bosniya və Herseqovina  3 : 1 (1 : 0)
Ətraflı
 İran
Dzeko  23'
Pyaniç  59'
Vrşaeviç  83'
QollarQhooçannecad  82'
Fonte Nova Arena, Salvador
Tamaşaçı: 48 011
Hakim: Karlos Velasko Karbalyo

G qrupu

KomandaOQHMVQBQQFXal
 Almaniya321072+57
 ABŞ31114404
 Portuqaliya311147-34
 Qana301246−21
16 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Almaniya  4 : 0 (3 : 0)
Ətraflı
 Portuqaliya
Müller  11' (pen.)45+1'78'
Hummels  32'
Qollar
Fonte Nova Arena, Salvador
Tamaşaçı: 51 081
Hakim: Milorad Majiç

17 iyun 2014
03:00 UTC+5
19:00 UTC-3
Qana  1 : 2 (0 : 1)
Ətraflı
 ABŞ
Ayyu  82'QollarDempsi  1'
Brooks  86'
Dunas Arena, Natal
Tamaşaçı: 39 760
Hakim: Yunas Erikson

22 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
Almaniya  2 : 2 (0 : 0)
Ətraflı
 Qana
Götze  51'
Kloze  71'
QollarAyyu  54'
Qyan  63'
Kastelao Arena, Fortaleza
Tamaşaçı: 59 621
Hakim: Sandro Meyra Rissi

23 iyun 2014
03:00 UTC+5
18:00 UTC-4
ABŞ  2 : 2 (0 : 1)
Ətraflı
 Portuqaliya
Jons  64'
Dempsi  81'
QollarNani  5'
Varela  90+5'
Amazonia Arena, Manaus
Tamaşaçı: 40 123
Hakim: Nestor Pitana

26 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
ABŞ  0 : 1 (0 : 0)
Ətraflı
 Almaniya
QollarMüller  55'
Pernambuko Arena, Rekife
Tamaşaçı: 41 876
Hakim: Ravşan İrmatov

26 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Portuqaliya  2 : 1 (1 : 0)
Ətraflı
 Qana
Boye  31' (avt.)
K.Ronaldo  80'
QollarQyan  57'
National Arena, Brazilia
Tamaşaçı: 67 540
Hakim: Abdulla Şukrulla

H qrupu

Belçika — Əlcəzair qarşılaşması
KomandaOQHMVQBQQFXal
 Belçika330041+39
 Əlcəzair311165+14
 Rusiya302123-12
 Cənubi Koreya301236−31
17 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Belçika  2 : 1 (0 : 1)
Ətraflı
 Əlcəzair
Fellayni  70'
Mertens  80'
QollarFeqhouli  25' (pen.)
The Mineyrao stadionu, Belo Horizonte
Tamaşaçı: 56 800
Hakim: Marko Antonio Rodriges Moreno

18 iyun 2014
03:00 UTC+5
18:00 UTC-4
Rusiya  1 : 1 (0 : 0)
Ətraflı
 Cənubi Koreya
Kerjakov  74'QollarLi Keun-Ho  68'
Pantanal Arena, Kuyaba
Tamaşaçı: 37 603
Hakim: Nestor Pitana

22 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Belçika  1 : 0 (0 : 0)
Ətraflı
 Rusiya
Oriqi  88'Qollar
Marakana, Rio de Janeyro
Tamaşaçı: 73 819
Hakim: Feliks Brix

23 iyun 2014
00:00 UTC+5
16:00 UTC-3
Cənubi Koreya  2 : 4 (0 : 3)
Ətraflı
 Əlcəzair
Son Heunq-Min  50'
Ko Ja-Çeol  72'
QollarSlimani  26'
Halliçe  28'
Djabou  38'
Brahimi  62'
Beyra-Rio stadionu, Porto Alegre
Tamaşaçı: 42 732
Hakim: Vilmar Roldan

27 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Cənubi Koreya  0 : 1 (0 : 0)
Ətraflı
 Belçika
QollarVertonqen  77'
Korintians Arena, San Puolo
Tamaşaçı: 61 397
Hakim: Ravşan İrmatov

27 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Əlcəzair  1 : 1 (0 : 1)
Ətraflı
 Rusiya
Slimani  60'QollarKokorin  6'
Bayksada Arena, Koritiba
Tamaşaçı: 39 311
Hakim: Cüneyt Çakır

Pley-off mərhələsi

1/8 final oyunları1/4 final oyunlarıYarımfinal oyunlarıFinal
              
28 iyun — Belo Horizonte      
   Braziliya (pen.)1(3)
4 iyul — Fortaleza
   Çili1(2) 
   Braziliya2
29 iyun — Rio de Janeyro
    Kolumbiya1 
   Kolumbiya2
9 iyul — Belo Horizonte
   Uruqvay0 
   Braziliya1
30 iyun — Brazilia
   Almaniya7 
   Fransa2
5 iyul — Rio de Janeyro
   Nigeriya0 
   Fransa0
31 iyun — Porto Alegre
    Almaniya 1 
   Almaniya (ə.v.)2
14 iyul — Rio de Janeyro
   Əlcəzair1 
   Almaniya (ə.v.) 1
29 iyun — Fortaleza
    Argentina0
   Niderland2
5 iyul — Salvador
   Meksika1 
   Niderland (pen.)0(4)
30 iyun — Rekife
    Kosta-Rika0(3) 
   Kosta-Rika (pen.) 1(5)
10 iyul — San Paulo
   Yunanıstan 1(3) 
   Niderland0(2)
1 iyul — San Paulo
    Argentina (pen.)0(4) Üçüncülük oyunu
   Argentina (ə.v.)1
6 iyul — Brazilia13 iyul — Brazilia
    İsveçrə0 
   Argentina1   Braziliya0
2 iyul — Salvador
    Belçika0    Niderland3
   Belçika (ə.v.)2
   ABŞ1 


1/8 final oyunları

Xames Rodriqesin Kolumbiya — Uruqvay qarşılaşmasında vurduğu qol

1986-cı ildə pley-off mərhələsinin daxil olması anından ilk dəfə olaraq bütün öz qrupların qalibləri 1/8 final mərhələsinə addımlayıblar. Onlardan dörd ölkə UEFA, üçü CONMEBOL və biri CONCACAF-a daxildir. Mərhələdə səkkiz qarşılaşmaların beşində əlavə vaxt, iki qarşılaşmada isə penalti seriyası təyin edilmişdir. Dünya çempionatı tarixində ilk dəfə pley-off mərhələsində penalti seriyası bir oyundan çox qarşılaşmalarda təyin edilmişdir. Hər oyuna orta hesabla 2,25 qol vurulmuşdur (qrup mərhələsində — 0,58 qol). 1/8 final mərhələsinə addımlayan komandalardan dördü Kubokun çempionları (Braziliya, Almaniya, Argentina və Fransa), üçqat finalçı (Niderland) və iki komanda ilk dəfə (Kolumbiya və Kosta-Rika) növbəti raunda keçiblər. Belçika 1986-cı ildə ilk dəfə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

28 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Braziliya  1 : 1 (1 : 1)
11 m. 3 : 2
Ətraflı
 Çili
Luiz  18'QollarSançes  32'
David Luiz
Vilian
Marselo
Halk
Neymar
11 metrlik cərimə zərbələri Maurisio Pinilya
Aleksis Sançes
Karles Aranqis
Marselo Dias
Qonzalo Xara
The Mineyrao stadionu, Belo Horizonte
Tamaşaçı: 57 714
Hakim: Hovard Uebb

28 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Kolumbiya  2 : 0 (1 : 0)
Ətraflı
 Uruqvay
Rodriqes  28'50'Qollar
Marakana, Rio de Janeyro
Tamaşaçı: 73 804
Hakim: Born Kuypers

29 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Niderland  2 : 1 (1 : 1)
Ətraflı
 Meksika
Sneyder  88'
Huntelar  90+4' (pen.)
QollarDos Santos  48'
Kastelao Arena, Fortaleza
Tamaşaçı: 58 817
Hakim: Pedru Proensa

29 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Kosta-Rika  1 : 1 (0 : 0)
11 m. 5-3
Ətraflı
 Yunanıstan
Ruiz  52'QollarPapastatopoulos  90+1'
Kelso Borqes
Bryan Ruiz
Qiankarlo Qonzalez
Joel Kembl
Maykl Umana
11 metrlik cərimə zərbələri Kostas Mitroğlu
Lazaros Kristodoulopoulos
Joze Holebas
Theofanis Gekas
Pernambuko Arena, Rekife
Tamaşaçı: 41 242
Hakim: Benjamin Vilyams

30 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Fransa  2 : 0 (0 : 0)
Ətraflı
 Nigeriya
Poqba  79'
Yobo  90+4' (avt.)
Qollar
National Arena, Brazilia
Tamaşaçı: 67 882
Hakim: Mark Qeyqer

30 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Almaniya  2 : 1 (0 : 0)
ə.v.
Ətraflı
 Əlcəzair
Şürrle  92'
Məsud Özil  120'
QollarDjabou  120+1'
Beyra-Rio stadionu, Porto Alegre
Tamaşaçı: 43 063
Hakim: Benjamin Uilymas

1 iyun 2014
21:00 UTC+5
13:00 UTC-3
Argentina  1 : 0
ə.v.
Ətraflı
  İsveçrə
Di Mariya  118'Qollar
Korintians Arena, San Paulo
Tamaşaçı: 63 255
Hakim: Yunas Eriksson

1 iyun 2014
01:00 UTC+5
17:00 UTC-3
Belçika  2 : 1 (0 : 0)
ə.v.
Ətraflı
 ABŞ
De Bruyne  93'
Lukaku  105'
QollarQrin  107'
Fonte Nova Arena, Salvador
Tamaşaçı: 51 227
Hakim: Camel Aymudi

1/4 final oyunları

Braziliya — Kolumbiya qarşılaşması

Almaniya milli yığması, Fransa milli yığmasını 1–0 hesabı ilə məğlub edərək və 1/2 final mərhələsinə 4-cü dəfə ardıcıl vəsiqə qazanaraq, dünya çempionatın rekordunu qurdu. Braziliya Kolumbiyanı 2–1 hesabı ilə məğlub edib. Braziliyalı oyunçu Neymar oyun zamanı ciddi zədə aldığına görə sonrakı oyunları buraxmağ məcburiyyətində idi. Argentina yığması Belçikanı məğlub edərək ilk dəfə 1990-cı ildən yarımfinal mərhələsinə addımlayıb. Niderland Kosta-Rikanı oyunsonrası penalti seriyasında qət edərək 2-ci dəfə ardıcıl yarımfinal mərhələsinə addımlayıb.

4 iyul 2014
21:00 UTC+5
17:00 UTC-3
Braziliya  2 : 1 (1 : 0)
Ətraflı
 Kolumbiya
T.Silva  7'
Luiz  69'
QollarRodriqes  80'
Kastelao Arena, Fortaleza
Tamaşaçı: 60 342
Hakim: Karlos Velasko Karbalyo

5 iyul 2014
01:00 UTC+5
13:00 UTC-3
Fransa  0 : 1 (0 : 1)
Ətraflı
 Almaniya
QollarHummels  13'
Marakana, Rio de Janeyro
Tamaşaçı: 74 240
Hakim: Nestor Pitana

5 iyul 2014
21:00 UTC+5
13:00 UTC-3
Argentina  1 : 0 (1 : 0)
Ətraflı
 Belçika
Hiquain  8'Qollar
National Arena, Brazilia
Tamaşaçı: 68 551
Hakim: Nikola Ritsoli

6 iyul 2014
01:00 UTC+5
17:00 UTC-3
Niderland  0 : 0
11 m. 4 : 3
Ətraflı
 Kosta-Rika
Robin van Persi
Aryen Robben
Uesli Sneyder
Dirk Kuyt
11 metrlik cərimə zərbələri Kelso Borqes
Bryan Ruiz
Qiankarlo Qonzalez
Kristian Bolanos
Maykl Umana
Fonte Nova Arena, Salvador
Tamaşaçı: 51 179
Hakim: Ravşan İrmatov

Yarımfinal oyunları

Braziliya — Almaniya qarşılaşması

Yarımfinal mərhələsində Almaniya Braziliyanı 7–1 hesabı ilə sarsıdıcıllığla məğlub edib. Bu, 1920-ci ildən ilk dəfə Braziliya futbolunun ən böyük məğlubiyyətidir. Alman oyunçusu Miroslav Kloze turnirdə 16-cı qolu vuraraq braziliyalı Ronaldonun rekordunu qırdı. Bundan başqa, Kloze daha da bir rekordu qurdu: o, dünya çempionatlarının yarımfinal mərhələsində 4-dü dəfə ardıcıl iştirak edən birinci oyunçudur.

Argentina milli yığması 1990-cı ildən ilk dəfə finala vəsiqə qazanmışdır.

9 iyul 2014
01:00 UTC+5
17:00 UTC-3
Braziliya  1 : 7 (0 : 5)
Ətraflı
 Almaniya
Oskar  90'QollarMüller  11'
Kloze  23'
Kroos  24'26'
Xedira  29'
Şürrle  69'79'
The Mineyrao stadionu, Belo Horizonte
Tamaşaçı: 58 141
Hakim: Marko Antonio Rodriges Moreno

10 iyul 2014
01:00 UTC+5
17:00 UTC-3
Niderland  0 : 0
ə.v., 11 m. 2 : 4
Ətraflı
 Argentina
Ron Vlar
Aryen Robben
Uesli Sneyder
Dirk Kuyt
11 metrlik cərimə zərbələri Lionel Messi
Esekiel Qaray
Serxio Aquero
Maksi Rodriges
Korintians Arena, San Paulo
Tamaşaçı: 63 267
Hakim: Cüneyt Çakır

Üçüncülük oyunu

Braziliyanı 3–0 hesabı ilə məğlub edərək, Niderland ilk dəfə olaraq dünya çempionatın bürünc medallarını qazanıb. Braziliya milli yığması isə mundialların sahibləri arasında buraxılmış qollar sayəsində antirekordu qurub (11 qol vurub və 14 qol buraxmışdır). Əvvəlki rekord 60 il saxlanılmışdır: həmin vaxt İsveçrə milli yığması 11 vurulmuş qol nəzdində 11 qol buraxmışdır.

13 iyul 2014
01:00 UTC+5
17:00 UTC-3
Braziliya  0 : 3 (0 : 2)
Ətraflı
 Niderland
QollarVan Persi  3' (pen.)
Blind  17'
Veynaldum  90+1'
National Arena, Brazilia
Tamaşaçı: 68 034
Hakim: Camel Aymudi

Final

Mario Götzenin Argentinanın qapısına vurduğu qol

Almaniya və Argentina milli yığma komandaları bütövlükdə 20 dəfə qarşılaşmışdır. Həmin qarşılaşmalarda almanlar 6 dəfə, argentinalallar 9 dəfə qalib gəlmişdir; 5 dəfə isə nəticə heç-heçə hesabı ilə qurtarmışdır. Argentina finala ilk dəfə 1990-cı ildən addımlayıb. Dünya çempionatı çərçivəsində komandalar 6 dəfə görüşüb (2 dəfə final oyunlarında). Argentinanı alman hücumçusu Mario Götzenin vurduğu yeganə qol sayəsində qalib gələrək, Almaniya Amerikada keçirilmiş dünya çempionatı turnirində ilk qalib gələn avropa ölkəsi oldu.

14 iyul 2014
00:00 UTC+5
16:00 UTC-3
Almaniya  1 : 0 (0 : 0)
Ətraflı
 Argentina
Götze  113'Qollar
Marakana, Rio de Janeyro
Tamaşaçı: 74 738
Hakim: Nikola Ritsoli
Almaniya çempion!
Çempion
Almaniya
(4-cü titul)

Statistika

Bombardirlər

6 qol
5 qol
  • Tomas Müller
4 qol
  • Robin van Persi
3 qol
  • Andre Şürrle
  • Enner Valensiya
  • Kərim Benzema
  • Aryen Robben
  • Xerdan Şaqiri
2 qol
  • Abdelmoumen Djabou
  • islam Slimani
  • Tim Kehill
  • David Luiz
  • Oskar
  • Aleksis Sançes
  • Cekson Martines
  • Bryan Ruiz
  • Jervinyo
  • Mario Mandzukiç
  • İvan Perişiç
  • Memfis Depay
  • Əhməd Musa
  • Luis Suarez
  • Klint Dempsi
1 qol
  • Yaçine Brahimi
  • Sofiane Feqhouli
  • Rafik Halliçe
  • Anxel Di Mariya
  • Qonzalo İquain
  • Markos Royo
  • Mil Yedinak
  • Kevin de Bruyne
  • Maruen Fellayni
  • Romelu Lukaku
  • Dris Mertens
  • Divok Oriqi
  • Yan Vertonqen
  • Edin Dzeko
  • Vedad İbişeviç
  • Miralem Pyaniç
  • Avdiya Vrşaeviç
  • Fernandinyo
  • Fred
  • Tiaqo Silva
  • Karles Aranqis
  • Jan Bosejur
  • Xorxo Valdiviya
  • Eduardo Varqas
  • Pablo Armero
  • Xuan Kuadrado
  • Teofilo Quterres
  • Xuan Kintero
  • Joel Kembl
  • Oskar Duarte
  • Marko Urena
  • Sami Xedira
  • Məsud Özil
  • Ueyn Runi
  • Daniel Staric
  • Oliver Jiru
  • Blez Matyuidi
  • Pol Poqba
  • Mousa Sissoko
  • Mateu Valbuena
  • Sokratis Papastatopoulos
  • Georgios Samaras
  • Andreas Samaris
  • Karlo Kostli
  • Rza Qhooçannecad
  • Mario Balotelli
  • Klaudio Markisio
  • Keysuke Honda
  • Şinji Okazaki
  • Joel Marip
  • İvisa Oliç
  • Covani dos Santos
  • Andres Quadado
  • Xavyer Hernandes
  • Rafael Markes
  • Oribe Peralta

Turnir cədvəli

Dünya Çempionatında iştikat etmiş ölkələrin nəticələri
KomandaQrupOQHMVQBQQFXal
Final
1  AlmaniyaG7610184+1419
2  ArgentinaF751184+416
3-cü və 4-cü yerlər
3  NiderlandB7520154+1117
4  BraziliyaA73221114-311
1/4 final mərhələsində uduzan ölkələr
5  KolumbiyaC5401124+812
6  BelçikaH540163+312
7  FransaE5311103+710
8  Kosta-RikaD523052+39
1/8 final mərhələsində uduzan ölkələr
9  ÇiliB421164+27
10  MeksikaA421153+27
11   İsveçrəE42027706
12  UruqvayD420246–26
13  YunanıstanC412135−25
14  ƏlcəzairH41127704
15  ABŞG411256−14
16  NigeriyaF411235−24
Qrup mərhələsindən çıxmayan ölkələr
17  EkvadorE31113304
18  PortuqaliyaG311147–34
19  XorvatiyaA31026603
20  Bosniya və HerseqovinaF31024403
21  Kot-d'İvuarC310245−13
22  İtaliyaD310223–13
23  İspaniyaB310247−33
24  RusiyaH302123−12
25  QanaG301246−21
26  İngiltərəD301224−21
27  Cənubi KoreyaH301236−31
28  İranF301214−31
29  YaponiyaC301226−41
30  AvstraliyaB300339−60
31  HondurasE300318−70
32  KamerunA300319−80

Mükafatlar

Mükafat fondu

Əvvəlki Dünya Kuboku turniri ilə müqayisədə, bu ilki çempionatın mükafat fondu 37% artaraq 576 milyon dollar təşkil etmişdir[30][31]. 2010-cu ildə isə bu rəqəm 420 milyon dollara bərabər idi. Çempionatın başlanmasından əvvəl qrup mərhələsinə vəsiqə qazanmış 32 ölkənin hər biri hazırlıq xərcləri üçün 1,5 milyon dollar əldə ediblər.

  • $8 milyon – 1/8 final oyunlarına addımlayan komandalar (16 komanda)
  • $9 milyon; – 1/4 final oyunlarına addımlayan komandalar (8 komanda)
  • $14 milyon; – Yarımfinal oyunlarına addımlayan komandalar (4 komanda)
  • $20 milyon; – 4-cü yeri tutan komanda
  • $22 milyon; – 3-cü yeri tutan komanda
  • $25 milyon; – 2-ci yeri tutan komanda
  • $35 milyon; — Çempion

Mənbə:[32]

İndividual mükafatlar

Qızıl buts (ən yaxşı bombardir)Gümüş buts (2-ci bombardir)3-cü bombardir
Xames Rodriqes Tomas Müller Neymar
Qızıl top (ən yaxşı oyunçu)Gümüş top (2-ci yer)3-cü yer
Lionel Messi Tomas Müller Aryen Robben
Qızıl əlcəklər (ən yaxşı qapıçı)FIFA Fair Play TrophyFIFA Hyundai (ən yaxşə gənc oyunçu)
Manuel Noyer Kolumbiya Pol Poqba

Mənbə:[33]

Çempionatın simvolik yığması

QapıçıMüdafiəçilərYarım müdafiəçilərHücümçular

Manuel Noyer

Mats Hummels Tiaqo Silva David Luiz Marselo

Toni Kroos Anxel Di Mariya Xames Rodriqes

Neymar Tomas Müller Lionel Messi

Mənbə:[34]

İrs

İngiltərə — Kosta Rika oyunu ərəfəsində The Mineyrao stadionun qabağında toplaşmış azarkeşlər

Braziliyanın Turizm narizliyi təfəfindən harızlanmış məruzəyə əsasən, futbol üzrə dünya çempionatı 203 millətlədrən ibarət olan sayca bir milyondan çox harici turistləri cəlb etdi. Onlardan 61% ölkədə heç vaxt olmamışdılar. Narizliy tərəfindən 6660 nəfərdən keçirilmiş sorğuya əsasən, 92,3% dünya çempionatının keçirilməsi ilə əlaqədar ölkəyə səfər edib; 95% öz olkələrinə qayıtmaq niyyəti ilə barədə bildirib. Dünya kuboku zamanı xarici turistlərin orta qalma müddəti 13 gündən ibarət idi. Ən çox ziyarət olunan şəhərlər San Paulo (858 825), Rio de Janeyro (260 527) və Minas-Jerays şəhərləri idi[35]. Turizm narizliyi həmçinin bəyan etmişdir ki, qonaqpərvərliq və yemək məhsulları tamaşıçıların 93–98 faizi tərəfindən yaxşı qiymətləndirilmişdir.

İqtisadiyyat üzrə Tədqiqat İnstitutu (FİFE) tərəfindən hazırlanmış tədqiqata əsasən, 2014-cü ilin Fubtol üzrə dünya çempionatı braziliya iqtisadiyyatına 30 milyard reala başa qəldi (2013-cü ilin Ümumi Daxili məhsulun 0,7%)[36].

Devid Rens, Kembric universiteti üzrə fəlsəfə doktoru və Fransanın biznes-məktəbi (ESSCA) üzrə professoru bildirmişdir ki, bu çempionatın təşkil etməsi Londonda keçirilmiş Yay olimpiya oyunlarından daxa yaxşı idi[37].

Münaqişələr

Açılış mərasimi günündə Braziliyada keçirilmiş etiraz aksiyaları

Etiraz aksiyaları

2013-cü ilin Braziliyada keçirilmiş FİFA Kondeferasiyalar Kubokun açılış mərasimindən əvvəl, çempionatın təşkilatından narazı olanlar etiraz aksiyaları keçiriblər. Onlar turnitin keçirilməsinə hərc olunmuş dövlət vəsaitlərə qeyri-məmnunluqu ifadə ediblər[38]. Braziliya prezidenti Dilma Russeff və FİFA prezidenti Zepp Blatter açılış mərasimində çixiş etdikrən sonra həmin səbəblələ görə fışdırığa basılmışdı[39]. Etiraz aksiyaları həmçinin dünya çempionatın vaxtında da keçirilmişdilər[40][41].

Tənqid

FİFA oyunlar zamanı oyunçuların kəllə-beyin travmaların keyfiyyətcə zəif yardımçılığa görə təndid olunmuşdur. Xüsusi ilə, qrup mərhələsin Uruqvay — İngiltərə qarşılaşmasında Uruqvay müdafiyəçisi Almaro Pereyra, beyin travmasını alaraq, huşunu itirmişdir[42]. Uruqvaylı həkim oyunçunu dəyişdirməyə təklif edib, lakin Almaro öz çıxışını davam etdirmişdi. Həmin insident FİFPro-nun peşəkar oyunçular ittifaqı, FİFA-nın icraiyyə komitəsinin üzvü və tibbi komissiyasın sərdi d'Hooghe tərəfindən tənqidə səbəb olub[43].

Hakimlik

20 iyun 2014-cü ildə FİFA baş hakimin köməkçisini, kolumbiyalı Umberto Klavixonu, çempionatda hakimlik vəzifəsindən kənar edib[44]. A qrupunun MeksikaKamerun matçında Klavixo mübahisəli məqamlarda Kamerun komandasının qapısına Meksıkanın 2 qolunu hesab etməyib. Ona görə də onun hakimliyi tənqidə səbəb olmuşdu[45].

Hadisələr

18 iyun "Marakana" stadionunda B qrupun Çiliİspaniya qarşılaşmasından əvvəl yüzə yaxın çili azarkeşləri mətbuat xidmətində qapıları və arakəsmələri sındıraraq mühafizə xidməti və jurnanistlər üçün qiriş vasitəsilə tribunalara keçməyə cəhd göstəriblər. Onlardan 85-i hərbi polis tərəfindən yaxalanmışdı. Analojı situasiyanı 20-ə yaxın argentinalı azarkeşlər F qrupun ArgentinaBosniya və Herseqovina oyunundan əvvəl həyata keçirmişdi[46].

3 iyul tarixində Belu-Horizontedə Mineyran stadionun qarşısında magistral yoluna estakada uçurtmuşdur. Dəmir-beton konstruksiyasın söküntü altında iki nəfər ölüb, iyirmi iki nəfər yaralanmışdır. Hadisə həmin şəhərdə yarımfinal oyunun keçirilməsindən bir neçə gün əvvəl baş vermişdir. Estakada uçqun zamanı hələ də bitirmə dövründə dünya çempionatın infrastrukturun hissəsi idi. Belu-Horizonte şəhərinin meri hadisə ilə əlaqədar üçgünlük matəm elan edib[47][48].

Yeniliklər

  • Dünya Çempionatları tarixində ilk dəfə qolun avtomatik müəyyən olunması sistemi tətbiq olunub. O, alman firması GoalControl tərəfindən hazırlanmış GoalControl-4D adlandırılır[49]. 14 yüksəksürətli, topa yönəldilən kameraların tətbiqində əsaslanan həmin sistem topun qapı həttini keçib-keçməməsi barədə informasiyanı əvvəlcə kompyuterə, sonra isə baş hakimin saatına göndərir[50]. Sistem Braziliyanın bütün Dünya Çempionatı üçün hazırlanmış stadionlarda qurulmuşdur və ilk dəfə FransaHonduras oyununda hakimin ikinci mübahisəli qolun sayıb-saymamağ qərarıra təsir etmişdir[51].
  • Dünya Çempionatları tarixində ilk dəfə hakimlər meydanda topun cərmə zərbəsi zamanı yerləşdiyi ərazidə işarə qoymaq vasitəsilə sprey buraxan balonları istifadə etmişdi[52].
  • Dünya Çempionatları tarixində ilk dəfə oyunlar zamanı fasilələr daxil edilmişdir. Məqsəd oyunçuların su içməsi və soyudulmaqdan ibarətdir. Əgər WBGT istilikdəyişmə indeksi qarşılaşma zamanı dərəcə normasını təzələndirirsə, fasilələr hər taymın 30-cu dəqiqəsindən sonra hakimin mülahizəsindən aslı olaraq təyin edilir. Fasilələr 3 dəqiqədən çox davam edir[53]. İlk dəfə fasilə G qrupun ABŞPortuqaliya qarşılaşmasında əlavə olunub[54]. Həmin qarşılaşmanın birinci hissəsində iki, ikinci hissəsində isə beş dəqidə verilib. Bundan başqa 1/8 final mərhələsinin NiderlandMeksika oyunu zamanı fasiləyə 7 dəqiqə verilmişdir.

İstinadlar

Xarici keçidlər