Fiziki məşq

Fiziki məşq — fiziki hazırlığı və ümumi sağlamlığı, rifahı gücləndirən və qoruyan hər hansı bədən fəaliyyətidir.[1]

Ağırlıq qaldırma məşqi

Bu, böyüməyə kömək etmək və gücü artırmaq, qocalmanın qarşısını almaq, əzələləri və ürək-damar sistemini inkişaf etdirmək, atletik bacarıqları inkişaf etdirmək, arıqlamaq və ya pəhriz saxlamaq, sağlamlığı yaxşılaşdırmaq[2] və ya sadəcə həzz almaq üçün müxtəlif səbəblərdən həyata keçirilir. Bir çox fərdlər qrup halında toplaşa, ictimailəşə və rifahı və psixi sağlamlığı yaxşılaşdıra biləcəkləri açıq havada məşq etməyi seçirlər.[3][4]

Sağlamlıq faydaları baxımından tövsiyə olunan məşq miqdarı məqsədə, məşq növünə və insanın yaşından asılıdır. Hətta az miqdarda məşq etmək heç etməməkdən də daha faydalıdır.[5]

Təsnifat

Fiziki məşqlər insan orqanizminə ümumi təsirindən asılı olaraq ümumiyyətlə üç növə bölünür:

  • Aerobik məşq böyük əzələ qruplarından istifadə edən və bədənin istirahət zamanı olduğundan daha çox oksigen istifadə etməsinə səbəb olan hər hansı fiziki fəaliyyətdir. Aerobik məşqlərin məqsədi ürək-damar dayanıqlığını artırmaqdır. Aerobik məşqlərə misal olaraq qaçış, velosiped sürmə, üzgüçülük, sürətli yerimə, iplə atlama, avarçəkmə, yürüyüş, rəqs, tennis, davamlı məşq və uzun məsafəyə qaçış daxildir.
  • Güc və müqavimət məşqlərini özündə birləşdirən anaerob məşq əzələ kütləsini möhkəmlədə, gücləndirə və artıra, həmçinin sümük sıxlığını, tarazlığı və koordinasiyanı yaxşılaşdıra bilər. Güc məşqlərinə misal olaraq push-up, pull-up, lunges, squats, bench press daxildir. Anaerob məşqlərə həmçinin qısamüddətli əzələ gücünü artıran çəki təhsili, funksional məşq, ekssentrik məşq, interval təlimi, sprinting və yüksək intensivlikli interval məşqləri daxildir.
  • Elastik bədən məşqləri əzələləri dartır və uzadır. Dartma kimi fəaliyyətlər oynaqların elastikliyini yaxşılaşdırmağa və əzələləri sərbəst saxlamağa kömək edir.

İstinadlar