Filds medalı

Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər.

Filds medalının ön tərəfi
Filds medalının arxa tərəfi

İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur.

Laureatlar

1936
  • Lars Ahlfors
  • Cessi Duqlas
1950
  • Loran Şvarts
  • Atle Selberq
1954
  • Kunihiko Kodayra
  • Jan-Pyer Serr
1958
  • Klaus Rot
  • Rene Tom
1962
1966
  • Maykl Atiya
  • Pol Kohen
  • Aleksandr Qrotendik
  • Stiven Smeyl
1970
  • Alan Beyker
  • Heysuke Hironaka
  • Sergey Novikov
  • Con Tompson
1974
  • Enriko Bombieri
  • Devid Mamford
1978
  • Pyer Delin
  • Çarlz Fefferman
  • Qriqori Marqulis
  • Daniel Kvillen
1982
  • Alen Konn
  • Uilyam Törston
  • Şin-Tan Yau
1986
  • Saymon Donaldson
  • Qerd Faltinqs
  • Maykl Fridman
1990
  • Vladimir Drinfeld
  • Von Cons
  • Siqefumi Mori
  • Edvard Vitten
1994
  • Yefim Zelmanov
  • Pyer-Lui Lions
  • Jan Burqen
  • Jan-Kristof Yokkoz
1998
  • Riçard Borçerds
  • Timoti Qauers
  • Maksim Kontseviç
  • Körtis MakMullen
2002
  • Loran Lafforq
  • Vladimir Voyevodski
2006
2010
  • Elon Lindenştrauss
  • - Nqo Bao Tyau
  • Stanislav Smirnov
  • Sedrik Villani
2014

Bəzi faktlar

Terens Tao, Vendelin Verner və Andrey Okunkov 2006-cı ilin konqresində. Madrid

1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır.

1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər.

1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər.

1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur.

2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur. Eyni ildə Məryəm Mirzəxani bu mükafata layiq görülən ilk qadın və eyni zamanda ilk İran əsilli şəxs olmuşdur.

Ədəbiyyat

  • Atiyah M., Iagolnitzer D. (eds.) Fields medallists’ lectures. World Scientific, 2003. ISBN 981-238-256-9
  • Casacuberta C., Castellet M. (eds.) Mathematical research today and tomorrow. Viewpoints of seven Fields medalists. Springer-Verlag, 1992. ISBN 3-540-56011-4
  • Monastyrsky M. Modern mathematics in the light of the Fields medals (with a foreword by Freeman Dyson). A K Peters, 1998. ISBN 1-56881-065-2

Xarici keçidlər