Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı

Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir.[2] Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[3] 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr - Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[4]

Kimya üzrə Nobel mükafatı İsveç kimyaçısı Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmişdir.

Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür.[5] Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökümətləri icazə vermədi. Sonradan onlar diplom və medalı alsalar da mükafat pulunu almadılar. Frederik Senger eyni sahə üzrə iki dəfə Nobel mükafatına layiq görülən iki laureatdan biridir (1958 və 1980-ci il). Digəri isə Con Bardindir o, iki dəfə, 1956 və 1972-ci ildə, Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Digər iki nəfər iki dəfə Nobel mükafatını qazandı, biri kimya olmaqla digəri başqa sahə üzrə: Mariya Salomea Küri (1903-cü ildə fizika, 1911-ci ildə kimya üzrə) və Laynus Polinq (1954-cü ildə kimya, 1962-ci ildə sülh üzrə).[6] 2018-ci ilə kimi mükafat 180 şəxsə verildi. Onlardan beşi qadın idi: Mariya Salomea Küri, İren Jolio-Küri (1935), Doroti Kroufut Hockin (1964), Ada Yonat (2009) və Frensis Arnold (2018).[7][8]

1916, 1917, 1919, 1924, 1933, 1940-42-ci illərdə Kimya üzrə Nobel mükafatı verilmədi. Həmçinin Kimya üzrə Nobel mükafatı 9 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Kimya üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Teodor Vilyam Riçardsa verildi və 1914-cü il mükafatı olaraq sayılmışdı.[9] Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Fris Haberə[10], 1920-ci ilin mükafatı 1921-ci ildə Valter Nernstə[11], 1921-ci ilin mükafatı 1922-ci ildə Frederik Soddiyə[12], 1925-ci ilin mükafatı 1926-cü ildə Rixard Ziqmondiyə[13], 1927-ci ilin mükafatı 1928-ci ildə Henrix Vilanda[14], 1938-ci ilin mükafatı 1939-cu ildə Riçard Kuna[15], 1943-cü ilin mükafatı 1944-cü ildə Georq de Xeveşiyə[16] və 1944-cü ilin mükafatı 1945-ci ildə Otto Hana verilmişdir.[17]

Laureatların siyahısı

İlŞəkilLaureatÖlkəƏsaslanmaRef
1901 Yakob Vant-HoffNiderland"Məhlularda kimyəvi dinamika qanunlarını və osmos təzyiqini kəşf etdiyinə görə"[18]
1902 Emil FişerAlmaniya İmperiyası"Şəkər və purin sintezi ilə əlaqəli çalışmalarına görə"[19]
1903 Svante Arreniusİsveç"Dissosiasiyanın elektrolit nəzəriyyəsinə görə"[20]
1904 Uilyam RamzayBirləşmiş Krallıq"Havadakı təsirsiz qaz elementlərinin kəşfi və bu elementlərin dövri sistemdəki yerini müəyyən etməsinə görə"[21]
1905 Adolf fon BayerAlmaniya İmperiyası"Üzvi boyalar və hidroaromatik birləşmələr üzərindəki tədqiqatları vasitəsilə üzvi kimya və kimya sənayesinin inkişaf etdirilməsinə görə"[22]
1906 Anri MuassanFransa"Flüor elementinin tədqiqi və təcrid etməsi və elektrik peçi ixtirasına görə"[23]
1907 Eduard BuxnerAlmaniya İmperiyası"Biokimyəvi tədqiqatları və hüceyrəsiz sistemdə fermentasiyanı kəşf etməsinə görə "[24]
1908 Ernest RezerfordBirləşmiş Krallıq
Yeni Zelandiya
"Elementlərin parçalanması və radioaktiv maddələrin kimyası ilə əlaqədar apardığı tədqiqatlara görə"[25]
1909 Otto VallaxAlmaniya İmperiyası"Katalizlə əlaqəli çalışmalarına və kimyəvi tarazlıq və reaksiya sürətini idarə edən fundamental prinsiplər üzərindəki araşdırmalarına görə"[26]
1910 Otto VallaxAlmaniya İmperiyası"Alisiklik birləşmələr sahəsindəki qabaqcıl tədqiqatları ilə üzvi kimya və kimya sənayesinə verdiyi töhfələrə görə"[27]
1911 Mariya KüriPolşa
Fransa
"...radiumpolonium elementlərinin kəşfinə görə..."[28]
1912 Viktor QrinyarFransa"Qrinyar reaktivini kəşf etməsinə görə."[29]
Pol SabatyeFransa"Narın dispers metalların iştirakı ilə üzvi maddələrin hidrogenləşdirmə metoduna görə"[29]
1913 Alfred Vernerİsveçrə"Molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və xüsusi ilə qeyri-üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə"[30]
1914 Teodor Vilyam RiçardsABŞ"Bir çox kimyəvi elementlərin atom kütlələrini dəqiq təyin etdiyinə görə "[9]
1915 Rixard VilştetterAlmaniya İmperiyası"Bitki aləminin boyayıcı maddələrinin, xüsusən xlorofilin öyrənilməsi sahəsində həyata keçirdiyi kompleks tədqiqatlara görə "[31]
1916Mükafat verilmədi
1917
1918 Fris HaberAlmaniya İmperiyası"Ammonyakı onun elementlərindən sintez etməsinə görə"[10]
1919Mükafat verilmədi
1920 Valter NernstAlmaniya"Termokimya ilə əlaqəli tədqiqatlarına görə"[11]
1921 Frederik SoddiBirləşmiş Krallıq"Radioaktiv maddələrin kimyası və izotopların təbiəti və yaranması problemlərinin öyrənilməsi ilə əlaqədar həyata keçirdiyi mühüm tədqiqatlarına görə"[12]
1922 Frensis AstonBirləşmiş Krallıq"Kütləvi spektroqrafı vasitəsi ilə radioaktiv olmayan elementlərin çoxlu sayda izotoplarını kəşf etdiyinə və tam ədədlər qaydasını yaratdığına görə"[32]
1923 Frits PreqlAvstriya
Yuqoslaviya Krallığı
"Üzvi maddələrin mikro analizi metodunun ixtirasına görə"[33]
1924Mükafat verilmədi
1925 Rixard ZiqmondiAlmaniya
Macarıstan
"Kalloid məhlulların heterogen təbiətini müəyyən etdiyinə və müasir kalloid kimyada mühüm əhəmiyyət kəsb edən orijinal metodlar işləyib hazırladığına görə"[13]
1926 Teodor Svedberqİsveç"Dispers sistemlər sahəsindəki tədqiqatlarına görə"[34]
1927 Henrix VilandAlmaniya"Öd turşuları və əlaqəli maddələrin tədqiqinə görə"[14]
1928 Adolf VindausAlmaniya"Sterinlərin tərkibinin və onların vitaminlərlə əlaqələrinin tədqiqinə görə"[35]
1929 Artur QardenBirləşmiş Krallıq"Şəkərin fermentasiyası və fermentativ fermentlərin tədqiqinə görə"[36]
Hans fon Eyler-Helpinİsveç
1930 Hans FişerAlmaniya"Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə"[37]
1931 Karl BoşAlmaniya"Kimyəvi yüksək təzyiq metodlarının ixtirasına və inkişafına verdikləri töhfələrə görə"[38]
Fridrix BergiusAlmaniya
1932 İrvinq LenqmyurABŞ"Səth kimyası ilə əlaqəli kəşfləri və tədqiqatlarına görə"[39]
1933Mükafat verilmədi
1934 Harold Kleyton YuriABŞ"Ağır hidrogeni kəşf etməsinə görə"[40]
1935 Frederik Jolio-KüriFransa"Yeni radioaktiv elementlərin sintezinə görə"[41]
İren Jolio-KüriFransa
1936 Peter DebayNiderland"Dipol momentləri, qazlardakı x-şüalarının və elektronların diffraksiyası ilə əlaqəli tədqiqatları vasitəsi ilə molekulyar strukturlar üzərindəki çalışmalarına görə"[42]
1937 Volter Houors NormenBirləşmiş Krallıq"Karbohidratlar və C vitamini ilə əlaqəli tədiqatlarına görə"[43]
Paul Karrerİsveçrə"Karotenoidlər, flavinlər, A və B2 vitaminləri üzərində apardığı tədqiqatlara görə"
1938 Riçard KunNasist Almaniyası"Karotenoidlər və vitaminlər ilə əlaqəli tədqiqatlarına görə"[15]
1939 Adolf ButenandtNasist Almaniyası"Cinsiyyət hormonları ilə əlaqədar tədqiqatlarına görə"[44]
Lepold RujiçkaYuqoslaviya Krallığı
İsveçrə
"Polimetilen və yüksək terpenlər ilə əlaqəli tədqiqatlarına görə"[44]
1940Mükafat verilmədi
1941
1942
1943 Georq de XeveşiNasist Almaniyası"kimyəvi proseslərin öyrənilməsi zamanı izotopların nişanlanmış atomlar kimi istifadəsi üzrə işlərə görə"[16]
1944 Otto HahnNasist Almaniyası"Ağır atom nüvələrinin parçalanmasının kəşfinə görə"[17]
1945 Artturi İlmari VirtanenFinlandiya"Kənd təsərrüfatı və qida kimyası sahəsində tədqiqatlarına və ixtiralarına, xüsusən də yemlərin konservləşdirilməsi üsullarına görə"[45]
1946 Ceyms SamnerABŞ"Fermentlərin kristallaşdırıla biləcəyini kəşf etməsinə görə"[46]
John Howard NorthropABŞ"Fermentləri və virus zülallarını təmiz halda aldıqlarına görə"[46]
Uendell Meredit StenliABŞ
1947 Robert RobinsonBirləşmiş Krallıq"Bioloji əhəmiyyətə malik bitki məhsulları, xüsusən alkaloidlər əlaqəli apardığı araşdırmalara görə"[47]
1948 Arne Tiseliusİsveç"Elektroforezin və adsorbsiyalı analizin tədqiqinə, xüsusən zərdabın zülallarının kompleks təbiəti ilə əlaqəli kəşflərinə görə"[48]
1949 Uilyam CiokABŞ"Kimyəvi termodinamika sahəsindəki xidmətlərinə görə, xüsusən maddələrin son dərəcə aşağı temperaturda davranışı ilə əlaqədar"[49]
1950 Otto DilsQərbi Almaniya"Dien sintezini kəşf etdiklərinə və təkmilləşdirdiklərinə görə"[50]
Kurt AlderQərbi Almaniya
1951 Edvin MakmillanABŞ"Transuran elementləri sahəsindəki kəşflərinə görə"[51]
Qlenn Teodor SiborqABŞ
1952 Arçer Con Porter MartinBiləşmiş Krallıq"Paylayıcı xromatoqrafiyanın ixtirasına görə"[52]
Riçard Lorens Millinqton SinqBiləşmiş Krallıq
1953 German ŞtaudingerQərbi Almaniya"Polimerlər kimyası sahəsindəki kəşflərinə görə"[53]
1954 Laynus PolinqABŞ"Kimyəvi rabitənin təbiətinin tədqiqinə və onu birləşmələrin strukturunun müəyyən olunması üçün istifadəsinə görə"[54]
1955 Vinsent dü VinyoABŞ"Biokimyəvi əhəmiyyətli kükürd birləşmələri ilə əlaqəli tədqiqatlarına və xüsusilə polipeptid hormonunun ilk sintezinə görə"[55]
1956 Sir Siril Norman HinşelvudBirləşmiş Krallıq"Kimyəvi reaksiyaların mexanizminin tədqiqinə görə"[56]
Nikolay SemyonovSSRİ
1957 Aleksander Robertus ToddBirləşmiş Krallıq"Nukleozidlər və ko-fermentlər ilə əlaqəli tədqiqatlarına görə"[57]
1958 Frederik SangerBirləşmiş Krallıq"Zülalların, xüsusən insulinin strukturu ilə əlaqəli tədqiqatlarına görə"[58]
1959 Yaroslav HeyrovskiÇexoslovakiya"Polyaroqrafik analiz üsulunun kəşfi və təkmilləşdirməsinə görə"[59]
1960 Uillard LibbiABŞ"Arxeologiya, geologiya, geofizika və digər elm sahələrində yaşın müəyyənləşdirilməsi üçün karbon-14 istifadə metoduna görə"[60]
1961 Melvin KalvinABŞ"Karbon qazının bitkilərdə assimilyasiyasının tədqiqinə görə"[61]
1962 Maks PeruçBirləşmiş Krallıq"Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə"[62]
Con KendrüBirləşmiş Krallıq
1963 Karl ZiqlerQərbi Almaniya"Yüksək polimerlərin kimyası və texnologiyası sahəsində kəşflərinə gör"[63]
Culio Nattaİtaliya
1964 Doroti Kroufut HockinBirləşmiş Krallıq"Mürəkkəb biokimyəvi birləşmələrin strukturunun rentgen üsulu vasitəsi ilə müəyyən etməsinə görə"[64]
1965 Robert Börns VudvordABŞ"Üzvi sintez sənətindəki böyük uğurlarına görə"[65]
1966 Robert Sanderson MallikenABŞ"Molekulyar orbital metodu ilə kimyəvi rabitələr və molekulların elektron quruluşu ilə bağlı fundamental tədqiqatlarına görə"[66]
1967 Manfred EyqenQərbi Almaniya"Olduqca qısa impulsla molekulyar tarazlığın yerdəyişməsinin köməyi ilə olduqca sürətli kimyəvi reaksiyalara aid tədqiqatlarına görə"[67]
Ronald Corc Reyford NorrişBirləşmiş Krallıq
Corc PorterBirləşmiş Krallıq
1968 Lars OnsagerABŞ
Norveç
"Dönməz proseslərdə onun adı ilə adlandırılan və dönməz proseslərin termodinamikası üçün prinsipial əhəmiyyət kəsb edən qarşılıqlar nisbətlərinin kəşfinə görə"[68]
1969 Derek BartonBirləşmiş Krallıq"Konformasiya konseptinin təkmilləşdirilməsinə və kimya elmində tətbiqinə verdiyi töhfələrinə görə"[69]
Odd HasselNorveç
1970 Luis LeluarArgentina"Şəkər nukleotidlərinin və onların karbohidratların biosintezindəki rolunu kəşf etdiyinə görə"[70]
1971 Gerhard HersberqKanada
Qərbi Almaniya
"Elektron quruluşu və molekulların həndəsəsi, xüsusən də sərbəst radikalların öyrənilməsindəki töhfələrinə görə"[71]
1972 Kristian AnfinsenABŞ"Ribonukleaza və xüsusən amin turşusu ardıcıllığı və bioloji aktiv konformasiya arasındakı əlaqə üzərindəki tədqiqatlarına görə"[72]
Stanford MurABŞ"Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə"[72]
Uilyam Hovard StaynABŞ
1973 Ernst Otto FişerQərbi Almaniya"Sendvic” adlanan metalüzvi kimyası sahəsindəki müstəqil olaraq həyata keçirdikləri qabaqcıl tədqiqatlarına görə"[73]
Ceffri UilkinsonBirləşmiş Krallıq
1974 Pol FloriABŞ"Makromolekulların fiziki kimyası sahəsindəki həm nəzəri, həm də eksperimental olaraq fundamental tədqiqatlarına görə"[74]
1975 Con KornfortAvstraliya
Birləşmiş Krallıq
"Fermentativ kataliz reaksiyalarının stereokimyası üzrə tədqiqatlarına görə"[75]
Vladimir PreloqYuqoslaviya
İsveçrə
"Üzvi molekulların və reaksiyaların stereokimyası sahəsindəki tədqiqatlarına görə"[75]
1976 Uilyam LipskombABŞ"Kimyəvi rabitələrin problemlərini bilmək üçün açar olan boranların strukturunun tədqiqinə görə"[76]
1977 İlya PriqojinBelçika"Dönməz proseslərin termodinamikasına verdiyi töhfələrə, xüsusən də dissipativ strukturlar nəzəriyyəsinə görə"[77]
1978 Piter MitçellBirləşmiş Krallıq"Xemiosmotik nəzəriyyəni yaratmaqla bioloji enerjinin ötürülməsi prosesini anlamaqda xidmətlərinə görə"[78]
1979 Herbert BraunABŞ"Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə"[79]
Georg VittiqQərbi Almaniya
1980 Pol BerqABŞ"Xüsusilə rekombinant-DNT ilə əlaqədar olaraq, nuklein turşularının biokimyası ilə bağlı fundamental tədqiqatlarına görə ""[80]
Volter GilbertABŞ"Nuklein turşularında əsas ardıcıllığının müəyyənləşdirilməsinə dair töhfələrinə görə"[80]
Frederik SengerBirləşmiş Krallıq
1981 Keniti FukuiYaponiya"Kimyəvi reaksiyaların gedişatı ilə əlaqədar müstəqil şəkildə təkmilləşdirdikləri nəzəriyyələrinə görə"[81]
Roald HofmanABŞ
Polşa
1982 Aaron KluqBirləşmiş Krallıq"Kristalloqrafik elektron mikroskopiyasının təkmilləşdirilməsi və nuklein turşusu - zülal bioloji əhəmiyyətli komplekslərin tədqiqinə görə"[82]
1983 Henri TaubeABŞ"Xüsusilə metal komplekslərində elektron ötürmə reaksiyalarının mexanizmləri ilə əlaqədar tədqiqatlarına görə"[83]
1984 Robert Brüs MerrifildABŞ"Bərk matrisdə kimyəvi sintez metodologiyasının təkmilləşdirməsinə görə""[84]
1985 Herbert HauptmanABŞ"“Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə"[85]
Cerom KarleABŞ
1986 Dadli Robert HerşbaxABŞ"Kimyəvi elementar proseslərin dinamikasına aid töhfələrinə görə"[86]
Yuan LiABŞ
Tayvan
Con Çarlz PolaniKanada
Macarıstan
1987 Donald KramABŞ"Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə"[87]
Jan-Mari LenFransa
Çarlz PedersenABŞ
1988 Yohan DayzenhoferQərbi Almaniya"Fotosintetik reaksiya mərkəzinin üçölçülü quruluşunu təyin etdiklərinə görə"[88]
Robert HuberQərbi Almaniya
Hartmut MichelQərbi Almaniya
1989 Sidney OltmenKanada
ABŞ
"RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə"[89]
Tomas ÇekABŞ
1990 Elias Ceyms KoriABŞ"Üzvi sintez nəzəriyyəsini və metodologiyasını təkmilləşdiriyinə görə"[90]
1991 Rixard Ernstİsveçrə"Yüksək qətiyyətli nüvə maqnetik rezonans (NMR) spektroskopiyasının metodologiyasının təkmilləşdirilməsindəki töhfələrinə görə"[91]
1992 Rudolf MarkusABŞ
Kanada
"Kimyəvi sistemlərdə elektron ötürmə reaksiyaları nəzəriyyəsinə verdiyi töhfələrə görə"[92]
1993 Keri MullisABŞ"DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə [...] Polimeraz zəncir reaksiyası metodunun ixtirasına görə"[93]
Maykl SmitKanada"DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə [...] Oliqonukleotid əsaslı, sayt istiqamətlənmiş mutagenezin qurulmasına və protein tədqiqatlarında təkmilləşdirməsində verdiyi fundamental töhfələrə görə"[93]
1994 Corc OlahABŞ
Macarıstan
"Karbokation kimyasına verdiyi töhfələrinə görə"[94]
1995 Paul KrutzenNiderland"Atmosfer kimyasındaki tədqiqatlarına görə, xüsusən də ozonun əmələ gəlməsi və parçalanması ilə əlaqədar"[95]
Mario MolinaMeksika
Frank Şervud RoulandABŞ
1996 Robert KerlABŞ"Fullerenləri kəşf etdiklərinə görə"[96]
Sir Harold KrotoBirləşmiş Krallıq
Riçard SmolliABŞ
1997 Pol BoyerABŞ"Adenozin trifosfatın sintezinin əsasını təşkil edən fermentativ mexanizmi izah etdiklərinə görə"[97]
Con UokerBirləşmiş Krallıq
Yens SkouDanimarka"İon ötürücü Na+, K+-ATP fermentinin kəşfinə görə"[97]
1998 Valter KonABŞ"Funksional sıxlıq nəzəriyyəsini təkmilləşdirdiyinə görə"[98]
Con PoplBirləşmiş Krallıq"Kvant kimyasında hesablama metodlarını təkmilləşdirdiyinə görə"[98]
1999 Əhməd ZevaylABŞ
Misir
"Femtosaniya spektroskopiyasını istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid vəziyyətlərini tədqiq etdiyinə görə"[99]
2000 Alan XiqerABŞ"Polimerdə keçiriliciyin kəşfinə və təkmilləşdirdiklərinə görə"[100]
Alan MakDiarmidABŞ
Yeni Zelandiya
Hideki SirakavaYaponiya
2001 Uilyam NoulzABŞ"Xiral katalizləşdirilən hidrogenləşmə reaksiyaları üzrə tədqiqatlarına görə"[101]
Noyori RyodziYaponiya
Barri ŞarplessABŞ"Xiral katalizləşdirilən oksidləşmə reaksiyaları üzrə tədqiqatlarına görə"[101]
2002 Con Bennett FennABŞ"Bioloji makromolekulların identifikasiyası və quruluş təhlili metodlarını təkmilləşdirdiklərinə görə [...] bioloji makromolekulların kütlə spektrometrik analizləri üçün yumşaq desorbsiya ionlaşma metodlarını təkmilləşdirdiklərinə görə"[102]
Koyçi TanakaYaponiya
Kurt Vütrixİsveçrə"Bioloji makromolekulların identifikasiyası və quruluş təhlili metodlarını təkmilləşdirdiyinə görə [...] məhlulda bioloji makromolekulların üçölçülü quruluşunu müəyyən etmək üçün nüvə maqnetik rezonans spektroskopiyasını inkişaf etdirdiyinə görə"[102]
2003 Piter AqreABŞ"Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə [...] aquaporini kəşf etdiyinə görə"[103]
Roderik MakkinonABŞ"Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə [...] ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə"[103]
2004 Aaron Çexanoverİsrail"Ubiquitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə"[104]
Avram Herşkoİsrail
İrvin RouzABŞ
2005 İv ŞovenFransa"Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə"[105]
Robert QrabbsABŞ
Riçard ŞrokABŞ
2006 Rocer KornberqABŞ"Eukaryotik transkripsiyanın molekulyar əsasları ilə əlaqəli tədqiqatlarına görə"[106]
2007 Gerhard ErtlAlmaniya"Bərk səthlərdəki kimyəvi proseslərlə əlaqəli tədqiqatlarına görə"[107]
2008 Osamu SimomuraYaponiya[108]"Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə"[109]
Osamu SimomuraABŞ
Rocer TsenABŞ
2009 Venkatraman RamakrişnanABŞ
Hindistan
Birləşmiş Krallıq
"Ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə"[110]
Tomas SteysABŞ
Ada Yonatİsrail
2010 Richard HekABŞ"Bizim gündəlik həyatımızı yaxşılaşdıran mürəkkəb molekulların qurulması məqsədi ilə karbon atomlarını bir-biri ilə birləşdirmənin yeni, daha səmərəli yaollarını təkmilləşdirdiklərinə görə"[111]
Eyiti NegisiYaponiya
Akir SuzukiYaponiya
2011 Dan Şehtmanİsrail
ABŞ
"Kvazikristalları kəşf etdiyinə görə"[112]
2012 Robert LefkoviçABŞ"G-zülalı birləşmiş reseptor ilə əlaqəli tədqiqtlarına görə"[113]
Brayan KobilkaABŞ
2013 Martin KarplusABŞ
Avstriya
"Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə"[114]
Maykl LevittABŞ
Birləşmiş Krallıq
İsrail[115]
Are VarşelABŞ
İsrail
2014 Erik BetziqABŞ"Yüksək qətiyyətli flüoresan mikroskopiyanın təkmilləşdirilməsinə görə"[116]
Ştefan HellAlmaniya
Rumıniya[117]
Uilyam MörnerABŞ
2015 Tomas Lindalİsveç
Birləşmiş Krallıq
"DNT təmirinin mexanizimləri üzrə tədqiqatlarına görə"[118]
Pol ModriçABŞ
Əziz SancarABŞ
Türkiyə
2016 Jan-Pyer SavajFransa"Molekulyar maşınların dizaynı və sintezinə görə"[119]
Frezer StoddartBirləşmiş Krallıq
ABŞ
Bernard FeringaNiderland
2017 Jak Düboşeİsveçrə"Krio-elektron mikroskopiyasını təkmilləşdirdiklərinə görə"[120]
Yoahim FrankAlmaniya
ABŞ[121]
Riçard HendersonBirləşmiş Krallıq
2018 Frensis ArnoldABŞ"Fermentlərin istiqamətləndirilmiş təkamülünə görə"[122]
Corc SmitABŞ"Peptidlər və antikorların faqotiv displeyini yaratdıqlarına görə"
Qreq UinterBirləşmiş Krallıq
2019 Con QudenafABŞ"Litium-ion batereyalarının təkmilləşdirilməsinə görə"[123]
Stenli UittingemBirləşmiş Krallıq
ABŞ
Akira YosinoYaponiya
2020 Emmanüel ŞarpantyeFransa
Almaniya
"Genom redakəsi metodunu təkmilləşdirdiklərinə görə"[124]
Cennifer DudnaABŞ
2021 Benjamin ListAlmaniya
"asimmetrik orqanokatalizi təkmilləşdirdiklərinə görə"[125]
David MakmillanBöyük Britaniya

İstinadlar

Həmçinin bax

Xarici keçidlər