Saxarov mükafatı

Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur.[2] SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir.[2] Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır.[3] Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir.[1][3] Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir.[1]

Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı
ing. Sakharov Prize for Freedom of Thought

ÖlkəAvropa Parlamenti
TipDiplom
Kimə verilirŞəxslərə və təşkilatlara
Təltif edir
StatusTəqdim olunur
Deviz"Dünyadakı insan hüquqları uğrunda mübarizəyə müstəsna bir töhfə"
Statistika
ParametrlərMəbləğ: €50000[1]
Təsis tarixi1988
İlk təltif
Son təltif
Təltif sayı46 nəfər
europarl.europa.eu/sakha…
europarl.europa.eu/sakha…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandelarus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır.[4] Mükafat, həmçinin təşkilatlara da verilə bilir. Bu hal ilk dəfə 1992-ci ildə mükafatın Argentinadakı "Maya meydanının anaları"na təqdim olunması ilə baş vermişdir. Saxarov laureatlarından beşi daha sonra Nobel sülh mükafatına layiq görülmüşdür: Nelson Mandela, Anq San Su Ki, Məlalə Yusəfzay, Denis Mukveqe və Nadiyə Murad.[5]

Mükafatın laureatlarından Razan Zeytunə 2013-cü ildə qaçırılmışdır və hələ də axtarılır.[6] Nəsrin Sotudə 2013-cü ilin sentyabrında həbsdən azad edilmişdir,[7] lakin indi də onun və onunla eyni ildə (2012) laureat olan Cəfər Pənahinin İranı tərk etməsinə qoyulan qadağa qüvvədə qalmaqdadır.[8] 2017-ci ildə mükafat Venesueladakı demokratik müxalifətə Avropa Birləşmiş Sol Qrupunun (fr. Gauche unitaire européenne, GUE) boykotu adı altında təqdim olunmuşdur.[9][10]

Laureatlar

Nelson Mandela (şəkildə) Anatoli Marchenko ilə birlikdə mükafatın ilk qalibi olmuşdur.
Kofi Annan — mükafatın 2003-cü ildəki laureatı
"Ağ rəngli qadınlar" təşkilatının üzvləri (2005-ci ilin qalibləri) Kubanın paytaxtı Havanada nümayişdə
Mükafatın 2012-ci ildəki laureatlarından biri, əslən Cənubi Azərbaycandan olan Cəfər Pənahi
Mükafatın 2018-ci ildəki laureatı kinorejissor Oleq Sentsov
Mükafatın 2019-cu ildəki laureatı, uyğur professor İlham Tohti
İlQəbul edənMilliyyətiQeydlərİstinadlar
1988Nelson Mandela CARİrqi ayrı-seçkiliyə qarşı mübarizə aparmış aktivist və Cənubi Afrika Respublikasının keçmiş prezidentlərindən biri[11]
Anatoli Marçenko (ölümündən sonra) SSRİSovet dissidenti, müəllifi və insan haqları aktivisti[11]
1989Aleksandr Dubçek ÇexoslovakiyaPraqa Baharı dövründə kommunist rejimini islah etməyə çalışmış slovak siyasətçi[11]
1990Anq San Su Ki BirmaMüxalif siyasətçi və Demokratiya üçzrə Milli Liqanın Baş Katibi[12]
1991Adem Demaçi Kosovo[a]Kosovo albanı siyasətçi və uzunmüddətli siyasi məhbus[11]
1992Maya meydanının anaları ArgentinaÇirkli müharibə dövründə Argentinada yoxa çıxmış uşaqların analarının qurduğu təşkilat[12]
1993Oslobođenje Bosniya və HerseqovinaBosniya və Herseqovinanı fərqli etnik qrupların olduğu ölkə kimi müdafiə edən qəzet[12]
1994Təslimə Nəsrin BanqladeşKeçmiş həkim, feminist müəllif[12]
1995Leyla Zana TürkiyəKürd mənşəli siyasətçi[11]
1996Vey Cinqşenq ÇXRÇin demokratiya hərəkatının aktivistlərindən biri[12]
1997Səlimə Gezali ƏlcəzairƏlcəzairdə qadın haqları, insan hüquqları və demokratiya aktivisti, jurnalist və yazıçı[12]
1998İbrahim Ruqova KosovoKosovo albanı siyasətçi, Kosovonun ilk prezidenti[11]
1999Şanana Quzmau Şərqi TimorŞərqi Timorun ilk prezidenti[13]
2000¡Basta Ya! İspaniyaTerrozimə qarşı müxtəlif siyasi mövqelərə sahib insanları birləşdirən təşkilat[14]
2001Nurit Peled-Elhanan İsrailSülh aktivisti[11]
İzzət Qəzzavi Fələstin DövlətiYazıçı, professor
Zakarias Kemvenu AnqolaBaş yepiskop və sülh aktivisti
2002Ozvaldo Paya KubaSiyasi aktivist və dissident[15]
2003Kofi Annan QanaNobel sülh mükafatı laureatı və Birməşmiş Millətlər Təşkilatının yeddinci baş katibi[11]
Birləşmiş Millətlər Təşkilatı(Beynəlxalq)
2004Belarus Jurnalistlər Assosiasiyası Belarus"Söz azadlığı, informasiyanın qəbulu və bölüşdürülməsi və jurnalistikanın professional standartlarının önə çəkilməsi haqlarını təmin etmək məqsədi güdən" qeyri-hökumət təşkilatı[16]
2005Ağ rəngli qadınlar KubaMüxalif hərəkat, həbs olunmuş dissidentlərin yaxınları[17]
Sərhədsiz reportyorlar(Beynəlxalq)Fransanın Paris şəhərində yerləşən və mətbuat azadlığını əsas prinsip tutan beynəlxalq qeyri-hökumət təşkilatı[17]
İbrahim Hauva Nigeriyaİnsan haqları hüquqşünası[17]
2006Aleksandr Milinkeviç Belarus2006-cı il prezident seçkilərində müxalifətin ortaq namizədi olaraq Belarusiya Vahid Demokratik Qüvvələri tərəfindən seçilən siyasətçi[18]
2007Salih Mahmud Osman Sudanİnsan haqları hüquqşünası[12]
2008Hu Cia ÇXRAktivist və dissident[19]
2009Memorial (təşkilat) RusiyaBeynəlxalq vətəndaş hüquqları cəmiyyəti[20]
2010Qiyermo Farinyas KubaHəkim, jurnalist və siyasi dissident[21]
2011Asma Mahfuz MisirƏrəb xalqının beş nümayəndəsi, azadlıq və insan hüquqları uğrunda mübarizələrini tanıtmaq və dəstək əldə etmək cəhdləri[22]
Əhməd əl-Senussi Liviya
Razan Zeytunə Suriya
Əli Fərzət
Məhəmməd Buəzizi (ölümündən sonra) Tunis
2012Cəfər Pənahi İranİrandakı aktivistlər. Sotudə hüquqşünas, Cənubi Azərbaycanda doğulan Cəfər Pənahi isə kinorejissordur.[23][24]
Nəsrin Sotudə
2013Məlalə Yusəfzay PakistanQadın hüquqları və onların təhsil alması uğrunda mübarizə aparan aktivist[25]
2014Denis Mukveqe KDRTəcavüz qurbanlarının müalicəsi ilə məşğul olan ginekoloq[26]
2015Raif Bədavi Səudiyyə ƏrəbistanıSəudiyyə Ərəbistanından olan yazıçı, aktivist və "Səudiyyə liberallarını azad et" veb-saytının yaradıcısı[27]
2016Nadiyə Murad İraqİraq Şam İslam Dövləti tərəfindən qaçırılan yezidi insan haqları aktivistləri[28]
Lamiyə Hacı Bəşər
2017Venesuela demokratik müxalifəti Venesuela"Foro Penal" təşkilatı tərəfindən adları sadalananan Milli Məclisin üzvləri və bütün siyasi məhbuslar[29][30]
2018Oleq Sentsov UkraynaKinorejissor, Rusiyada və dünyada siyasi məhbusların hüquqları uğrunda mübarizənin simvolu[31]
2019İlham Tohti ÇXRUyğur iqtisadçı, elm xadimi və insan haqları aktivisti[32]
2020Belarus demokratik hərəkatı  Belarus[33]
2021Aleksey Navalnı  RusiyaRusiya müxalifət lideri.[34]
2022Ukraynalılar Ukrayna2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra "demokratiya, azadlıq və qanunun aliliyini qoruyan" ukraynalılara verilmişdir.[35][36]

Qeydlər

İstinadlar

Xarici keçidlər