Səxavət Məmmədov (əsgər, 1991)

Vikipediya, azad ensiklopediya
(Səxavət Məmmədov (Adgözəl oğlu) səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keçAxtarışa keç
Səxavət Məmmədov
Səxavət Adgözəl oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi24 may 1991(1991-05-24)
Doğum yeri
Vəfat tarixi29 sentyabr 2020(2020-09-29) (29 yaşında)
Vəfat yeri
Dəfn yeri
VətəndaşlığıAzərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
UşaqlarıDilək, Yusif
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2009-2020
RütbəsiƏsgər
VəzifəsiTankçı
DöyüşlərAprel döyüşləri
Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Həyatımənbəni redaktə et

Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır.

Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb.

Hərbi xidmətimənbəni redaktə et

1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır.

Aprel döyüşlərində iştirakımənbəni redaktə et

2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir.

Tovuz döyüşlərində iştirakımənbəni redaktə et

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.

İkinci Qarabağ müharibəsində iştirakımənbəni redaktə et

Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.

19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Təltiflərimənbəni redaktə et

İstinadlarmənbəni redaktə et

Naviqasiya menyusu