Adil Əfəndiyev (leytenant)
Adil Əfəndiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 avqust 1995(1995-08-12) |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020(2020-10-22) (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2018–2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 2021 2021 2020 |
Adil Qədir oğlu Əfəndiyev (12 avqust 1995, Qazax rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Mündəricat
Həyatımənbəni redaktə et
Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub.[1] 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Hərbi xidmətimənbəni redaktə et
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşanın azad edilməsi gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Şəhid Adil Əfəndiyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[6]
2022-ci ilin noyabr ayında şəhid A. Əfəndiyevin xatirəsinə həsr edilmiş "Xüsusi təyinatlı həkim" filmi çəkilib.
Təltiflərimənbəni redaktə et
- (15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[7]
- (29 dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[8]
- (30 dekabr 2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)[9]
- (24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[10]
- (24 iyun 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[11]
- (25 iyun 2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)[12]
İstinadlarmənbəni redaktə et
- 12 avqustda doğulanlar
- 1995-ci ildə doğulanlar
- Qazax rayonunda doğulanlar
- 22 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 25 yaşında vəfat edənlər
- Xocavənd rayonunda vəfat edənlər
- Qazax rayonunda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin leytenantları
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Azərbaycanın hərbi həkimləri
- Azərbaycan Tibb Universitetinin məzunları